“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirildi

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirildi
08.12.2025 16:57

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir. 

TodayPress TV xəbər verir ki, dekabrın 8-də Bakı Konqres Mərkəzində festivalın rəsmi açılış mərasimi olub.

Mərasimdə bir sıra ölkələrdən mədəniyyət nazirləri, beynəlxalq təşkilatlardan rəsmi şəxslər, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və yaradıcı sənayenin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanda İslam irsinə dövlət qayğısını və ölkəmizin İƏT-lə, eləcə də müsəlman ölkələri ilə əməkdaşlığını əks etdirən videoçarx nümayiş olunub.  Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək festival iştirakçılarını salamlayıb, tədbirin ölkəmizin mədəni həyatı üçün əlamətdar hadisə olduğunu bildirib.

Prezident İlham Əliyevin İslam dünyası ilə əlaqələrə böyük əhəmiyyət verdiyini deyən nazir Azərbaycan-İƏT əməkdaşlığının ildən-ilə inkişaf etdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə və dünyada İslam irsinin qorunması, bərpası və təbliğinə böyük diqqət göstərilir. Fondun dəstəyi ilə İslam abidələri təmir-bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Eyni zamanda ölkəmizdə İslam irsinin təbliğinə xidmət edən müxtəlif sənət layihələri həyata keçirilir.

Nazir çıxışının sonunda bu mötəbər tədbirə qatılan bütün qonaqlara təşəkkürünü bildirib, festivalın işinə uğurlar arzulayıb.

Sonra İslam Əməkdaşlıq Təşkilatı baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit, Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi, Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno, Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi, Fələstin Dövlətinin mədəniyyət naziri İmadəddin Abdullah Salim Hamdan və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan çıxış edərək festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər. 

Çıxışlarda Azərbaycanın İslam dünyasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.

Daha sonra videoinstalyasiya və bədii proqram təqdim edilib. Milli musiqi nömrələrinin yer aldığı proqram maraqla qarşılanıb.

Həmçinin qonaqlar Bakı Konqres Mərkəzində təşkil olunan Yaradıcı Kənd (Creative Village), Mədəniyyət və Yaradıcı Sənayelər (MYEXPO), İslam xəttatlıq sənəti, Omarket (Orient Film Market) və İ2C startap sərgiləri ilə tanış olublar.

TodayPress TV

ФОТО

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirildi — 1
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirildi — 2
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirildi — 3
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirildi — 4
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirildi — 5
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Все новости