Uşaqların sevimli “Aybolit”i gəlir

Uşaqların sevimli “Aybolit”i gəlir
04.12.2025 15:06

Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya hazırlaşır.

TodayPress TV xəbər verir ki, belə ki, dekabrın 5-də (saat 12.00 və 14.00) Korney Çukovskinin məşhur “Aybolit”  şeiri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşasının premyerası olacaq.

Bildiyiniz kimi, “Aybolit” əsəri məşhur rus yazıçısı Korney Çukovskiyə (Nikolay Vasilyeviç Korneyçukov) məxsusdur. Bu, ilk dəfə 1929-cu ildə nəşr olunan və bu sayədə heyvanlara kömək edən mərhəmətli həkim Aybolit obrazını milyonlarla uşağa sevdirən bədii nümunədir.

Əsər əsasında müxtəlif illərdə pyeslər, teatr tamaşaları və musiqili quruluşlar hazırlanıb. Aybolit obrazı uşaq teatrlarında, kukla və musiqili səhnələrdə tez-tez istifadə olunub. Əsərin populyarlığı səbəbindən onun sonrakı illərdə teatrlaşdırılmış versiyaları, həmçinin, film və cizgi adaptasiyaları da hazırlanıb.

Bu mənada teatrın cari repertuarında da özünə yer edən əsərə yeni nəsil uşaqların baxış tərzinə uyğun şəkildə həll verilib. Balacalar fərqli pesronajların timsalında həm onları əhatə edən ətraf aləm barədə məlumatlanacaq, həm də dostluq, birlik və xeyirxahlıq haqqında təsəvvürlərini genişləndirəcəlklər. 

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. 

Səhnə nümunəsində obrazları Əməkdar artistlər  Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Elnur Abbasquliyev, Aygül Ağayeva, Elnur Xəlilov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Yasin Abbasov, Məmmədşah Təhməzov və Könül Nəsibova canlandırırlar.

Onu da qeyd edək ki, tamaşa qocaman kuklaçı, Respublikanın əməkdar artisti Rəman Rəhmanovun səhnə fəaliyyətinin 55 illiyinə həsr olunub.

TodayPress TV

FOTOLAR

Uşaqların sevimli “Aybolit”i gəlir — 1
Uşaqların sevimli “Aybolit”i gəlir — 2
Uşaqların sevimli “Aybolit”i gəlir — 3
XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər