Ekspert şurasının növbəti iclası keçirildi

Ekspert şurasının növbəti iclası keçirildi
29.11.2025 10:23

Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclası keçirilib.

TodayPress TV xəbər verir ki, ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib.

Bildirib ki, bugünkü iclasda 25 tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi barədə məsələ şura üzvlərinin müzakirəsinə təqdim olunub.

İclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Ekspert şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə məlumat verib. Bildirib ki, bu günə qədər Ekspert Şurasında 500 abidə və yeni aşkar edilmiş abidə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. Ümumilikdə isə ekspertiza aktı hazırlanan abidə və yeni aşkar edilmiş abidələrin sayı 2000-dən artıqdır. Toplanmış materiallar mərhələli şəkildə Ekspert şurasının iclaslarında müzakirəyə çıxarılır. Həyata keçirilən işlər nəticəsində  2025-ci ildə 51 yeni aşkar edilmiş abidə dövlət qeydiyyatına alınıb. Onlardan 7-i Bakı şəhəri, 44-ü isə işğaldan azad edilmiş ərazilərdə yerləşir.

İclasda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən 17, vətəndaş müraciətləri əsasında qeydə alınmış 7 və Qubadlı rayonu ərazisində yerləşən 1 daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi təklif olunan obyekt barədə Şura üzvlərinin rəy və təklifləri dinlənilib. Həmin tarixi, memarlıq və arxeoloji obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

TodayPress TV

ФОТО

Ekspert şurasının növbəti iclası keçirildi — 1
Ekspert şurasının növbəti iclası keçirildi — 2
Ekspert şurasının növbəti iclası keçirildi — 3
Ekspert şurasının növbəti iclası keçirildi — 4
Ekspert şurasının növbəti iclası keçirildi — 5
Ekspert şurasının növbəti iclası keçirildi — 6
Ekspert şurasının növbəti iclası keçirildi — 7
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Все новости