"Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır

"Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
13.06.2025 21:52

Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı bu il 17–22 iyun tarixlərində keçiriləcək.

TodayPress TV xəbər verir ki, festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, ümumilikdə 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edəcək. Festivalın açılış mərasimi iyunun 17-də Bakıda – Heydər Əliyev Sarayında “Bayatı” adlı konsert-tamaşa ilə baş tutacaq.

Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqədə ümumilikdə 30-dan çox gənc xanəndə və instrumental ifaçı iştirak edəcək. Festivalın proqramına İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansının, XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpiziomun, “Muğam 12” musiqi marafonunun keçirilməsi daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq.

Müsabiqənin bağlanış mərasimi muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək. Qeyd edək ki, bu il mayın 10-da mərkəzin açılış mərasimində Prezident İlham Əliyev yaradılan şəraiti yüksək qiymətləndirmiş və orada müntəzəm muğam bayramlarının, o cümlədən muğam müsabiqələrinin keçirilməsini tövsiyə etmişdi. Bu baxımdan müsabiqə laureatlarının yekun konsertinin Ağdam Muğam Mərkəzində keçirilməsi təkcə muğamın deyil, həm də xalqımızın bu torpaqlara mənəvi-mədəni qayıdışını simvolizə edəcək.

Xatırladaq ki, “Muğam aləmi” beynəlxalq festivalı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan muğamının və əlaqəli musiqi formalarının ənənələrinin qorunması, ifası və tədqiqini təşviq edən ən önəmli beynəlxalq tədbirlərdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ildən etibarən keçirilən festival ardıcıl olaraq 2011, 2013, 2015, 2018 və 2023-cü illərdə də dünyanın müxtəlif ölkələrindən sənətçiləri, musiqiçiləri, alimləri və mədəniyyət təbliğatçılarını bir araya gətirir, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, muğam irsinin yaşadılmasına böyük tövhələr verir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər