Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub

Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub
14.08.2026 23:10

“Ədəbiyyat və İncəsənət” portalının redaktoru, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının “Yol səni səslər” (“И позовёт дорога вдаль…”) adlı şeirlər kitabı rus dilində gün üzü görüb.

TodayPress TV xəbər verir ki, yeni nəşr Azərbaycan poeziyasının rusdilli oxucu auditoriyasına təqdimatı ilə yanaşı, müxtəlif ədəbi-mədəni ənənələrin yaradıcı dialoqu baxımından da diqqət çəkir. Kitabın hazırlanmasında Azərbaycan, Saxa (Yakutiya), Tatarıstan ədəbi mühitinin tanınmış nümayəndələri iştirak edib.

Nəşrin önsöz müəllifi Saxa (Yakutiya) Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyeva, məsləhətçisi isə Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı Rkail Zəydulladır. Bu yaradıcı əməkdaşlıq kitabın eyni zamanda Azərbaycan poeziyasının Türk dünyasının fərqli ədəbi mühitləri ilə qarşılıqlı əlaqəsinin ifadəsi kimi dəyərləndirilməsinə əsas verir.

Əkbər Qoşalının şeirlərini rus dilinə Moskvada yaşayan tanınmış şair-tərcüməçi Afaq Şıxlı və istedadlı gənc şair-tərcüməçi Nilufər Şıxlı çevirib. Tərcümələrdə müəllifin poetik intonasiyasının, əsərlərin milli-mənəvi çalarlarının və emosional məzmununun qorunmasına xüsusi diqqət yetirilib. Kitabda Vətən və yaddaş, sevgi və zaman, insan taleyi, mənəvi dəyərlər kimi milli məzmundan ümumbəşəri düşüncəyə açılan mövzular yer alıb.

Nəşr Saxa (Yakutiya) Respublikasındakı “ALTA” özəl nəşriyyatında çap olunub. Nəşriyyatın rəhbəri Saxa Yazıçılar Birliyinin məsul katibi, şair Zinaida Arxipovadır. Kitabın nəşrinə Saxa (Yakutiya) Respublikası İl Tüməninin (Dövlət Məclisinin) deputatı Əliş Zabitoğlu dəstək göstərib.

“Yol səni səslər” adı kitabın poetik-fəlsəfi məzmunu ilə səsləşməklə yanaşı, nəşrin mədəni missiyasını da ifadə edir. Burada yol bir dildən digər dilə, bir ədəbi ənənədən digərinə, müəllifdən oxucuya doğru mənəvi hərəkətin rəmzi kimi çıxış edir.

Bu baxımdan, “Yol səni səslər” Azərbaycan poetik sözünün rusdilli ədəbi məkana təqdimatı, eyni zamanda Azərbaycan, Saxa və Tatarıstan yaradıcı mühitləri arasında ədəbi bağların genişlənməsinə xidmət edən yeni mədəniyyət hadisəsi kimi səciyyələndirilə bilər.

Nəşr bir daha göstərir ki, bədii tərcümə dillər arasında olduğu kimi, ədəbi yaddaşlar və mədəniyyətlər arasında da körpü yaradır.

ФОТО

Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub — 1
ЛЕНТА НОВОСТЕЙ
15 августа 2026
Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Tramp Hörmüzü ABŞ-yə qatmaq istəyir 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Dənizdən PUA qalıqları çıxdı, turistlər təxliyə edildi 21:54 ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır 21:40 Tramp təhlükə olan təyyarədə onu tək buraxdı deyə, istefa verdi 21:30 Kokainin üzərindən futbolçu çıxdı - Maraqlı olay - VİDEO 21:19 SON DƏQİQƏ: Azərbaycanda güclü zəlzələ oldu 21:02 Peşə məktəblərinə qəbul nəticələri AÇIQLANDI 21:01 Husilər Səudiyyənin silahlarını məhv etdi - VİDEO 20:50 Seutada həyəcan siqnalı: Minlərlə hərbçi sərhədə göndərildi 20:38 Bakının mərkəzində su borusu partladı 20:24 Все новости