Baba Vəziroğlu Rasim Balayev haqda: “Dərman qəbul etmək istəmirdi”

Baba Vəziroğlu Rasim Balayev haqda: “Dərman qəbul etmək istəmirdi”
30.03.2026 16:14

“Rasim Balayevin vəfatı həm mədəniyyətimiz üçün böyük itkidir, həm də mənim şəxsi faciəmdir. Çünki dostumu, qardaşımı, sirdaşımı itirdim. Artıq işə gedəndə ilk görüşdüyüm adam Rasim Balayev olmayacaq”.

TodayPress TV xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Xalq artisti Rasim Balayevlə vida mərasimində deyib.

O, mərhum sənətkarla bağlı xatirələrini bölüşüb:

“Biz gizlətsək də, o, xəstəliyini bilirdi. Yemək yemək, dərman qəbul etmək istəmirdi. Deyirdi: “Nə mənası var?”. Hər gün görüşsək də, ən gözəl sonuncu görüşümüz Laçında, Həkəri çayının sahilində oldu. MDB mədəniyyət nümayəndələrinin görüşü keçirilirdi. Getmək istəmirdi, güclə apardım.  Halı yox idi, amma getdik. Laçın torpağına ayağı dəyən kimi Rasim Balayev sanki başqa adama — enerjili, deyib-gülən, yeyib-içən birinə çevrildi. Sevindim ki, belə də davam edəcək, lakin elə olmadı. Əvvəlcə Bakıda, sonra isə İstanbulda xəstəxanaya yatırıldı. Son səfərinə tək getdi, tək də qayıtdı. Heç kimi incitmədən, əziyyət vermədən əbədiyyətə qovuşdu”. 

O, sənətkar üçün yazdığı şeiri də xatırladıb:

“Bir də baxım axan çaya,

Çıxan günə, doğan aya.

Qismət ola, ya olmaya,

Bir də baxım bu dünyaya…

“Tanrı ona 78 il axan çaya, doğan aya, dünyaya baxmağı qismət etdi, amma 79-a çata bilmədi. Necə deyərlər: qalanı xatirədir…”.  

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Все новости