Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17.12.2025 17:47

Dekabrın 13-dən Türkiyənin İstanbul şəhərində 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb.

TodayPress TV xəbər verir ki, TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil olunan və kitab dünyasının  nüfuzlu beynəlxalq platformalarından biri hesab edilən sərgi bu il “Ədəbiyyatın hər halı” şüarı ilə keçirilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sərgidə naşirlər və yazarlardan ibarət nümayəndə heyəti ilə təmsil olunur. Sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin (Ankara) birgə təşəbbüsü ilə xüsusi Azərbaycan stendi qurulub.

Azərbaycan stendində ölkəmizin zəngin tarixi və mədəni irsini, eləcə də klassik və müasir Azərbaycan ədəbiyyatını əks etdirən, Azərbaycan və Türkiyə türkcəsində nəşr olunmuş kitablar nümayiş etdirilir. Ekspozisiya ziyarətçilərə Azərbaycan ədəbiyyatının çoxşaxəli inkişaf yolu və müasir ədəbi prosesi ilə yaxından tanış olmaq imkanı yaradır.

Dekabrın 21-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan və Türkiyənin alim, yazıçı və ədəbiyyatşünaslarının iştirakı ilə panel müzakirələri, kitab təqdimatları və imza günlərinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər iki qardaş ölkə arasında ədəbi və mədəni əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.

TodayPress TV

ФОТО

Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 1
Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur — 2
ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Все новости