ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı

ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı
01.10.2025 18:00 Mədəniyyət

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan edilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsi yekunlaşıb.

TodayPress TV xəbər verir ki, pitçinq mərhələsi dörd sessiya üzrə təşkil olunub və hər sessiya canlı yayım vasitəsilə ictimaiyyətə təqdim edilib.

Bu yanaşma prosesin şəffaflığını təmin edib. Ekspert Şurasının fəaliyyətini dəstəkləmək üçün xüsusi hazırlanmış kitabçalar üzvlərə təqdim olunub.

Müsabiqəyə ümumilikdə 41 şirkət tərəfindən 88 film layihəsi təqdim olunub. Onlardan 17-si əvvəllər ARKA-dan maliyyə dəstəyi almış, 24-ü isə ilk dəfə müraciət edən şirkətlərin layihələridir. Təqdim edilən layihələr arasında müxtəlif janrlar yer alır:

24 tammetrajlı bədii film

21 qısametrajlı bədii film

14 sənədli film

14 bədii-sənədli film

15 animasiya filmi

Bu ilki müsabiqənin xüsusiyyətlərindən biri özəl sektorun fəal iştirakı olub. Təqdim edilən büdcələrə əsasən, layihə xərclərinin təxminən 31 faizi özəl şirkətlər, 69 faizi isə dövlət dəstəyi hesabına qarşılanması nəzərdə tutulur. Bu göstərici kino sahəsində dövlət-özəl tərəfdaşlığının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Seçim nəticəsində 29 layihə pitçinq mərhələsinə buraxılıb. Onların bölgüsü belədir:

6 tammetrajlı bədii film

8 qısametrajlı bədii film

4 bədii-sənədli film

3 sənədli film

5 animasiya filmi

3 tələbə filmi

Seçim Komissiyası və Ekspert Şurasının yekun iclası 7 oktyabr 2025-ci il tarixində keçiriləcək. İclasın ardından qalib layihələrin siyahısı ictimaiyyətə açıqlanacaq.

TodayPress TV

FOTOLAR

ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı — 1
ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı — 2
ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı — 3
ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı — 4
ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı — 5
ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı — 6
ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı — 7
ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı — 8
ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər