Ankarada Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirildi

Ankarada Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirildi
06.11.2025 01:33

Türkiyənin paytaxtı Ankarada 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

TodayPress TV xəbər verir ki,  tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və partiyanın digər üzvləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sabiq sədri Düsen Kaseinov, digər tanınmış simalar, Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Vətən Müharibəsində qardaş ölkənin dəstəyini vurğulayıb: "Bu gün dünyada heç bir güc, heç bir ölkə Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına xələl gətirə bilməz. Buna nə gücü, nə də cəsarəti yetər. Çünki bu dostluq qanla möhürlənib, sınaqlardan keçib, tarixin dərinliklərindən gələn qardaşlıqdır. Bu gün Azərbaycan Türkiyə müttəfiqliyi Qafqazın qəlbi ilə Anadolunu ruhunu birləşdirməklə sadəcə regional əməkdaşlığa deyil, bütün türk dünyasının gələcəyinə, sülhə, sabitliyə ən böyük töhfə verməkdədir".

Yaşar Gülər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Qarabağ zəfəri münasibətilə salam və təbriklərini çatdırıb, şəhidləri rəhmətlə anıb, qazilərə cansağlığı diləyib.

Tədbirin bədii hissəsində Türkiyənin tanınmış mədəniyyət xadimləri, o cümlədən Türkiyədə yaşayan tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti İslam Manafovun ifaları səsləndirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Все новости