117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda

117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda
19.09.2025 12:51 Mədəniyyət

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir.

TodayPress TV xəbər verir ki, ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində dahi bəstəkarın yubileyi haqqında Sərəncam imzalanıb. 

Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verdiyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirib.

Sentyabrın 18-də Heydər Əliyev Sarayında festivalın rəsmi açılışı münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası nümayiş olunub.

Tamaşanı Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədr müavini Rafael Hüseynov, digər rəsmilər, diplomatik korpusun təmsilçiləri, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri, operasevərlər izləyiblər.

Üzeyir Hacıbəylinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) eyniadlı poeması əsasında 1908-ci ildə yazdığı opera bir əsrdən çoxdur ki, səhnələrin bəzəyidir.

Səhnə əsəri Əməkdar artist, rejissor Nicat Kazımov tərəfindən yeni quruluşunda hazırlanıb.

Orkestrin dirijoru Əməkdar artist Əyyub Quliyev, dekorasiyalar üzrə rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, kostyumlar üzrə rəssam Leyla Əliyeva, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İkipərdəli, 6 şəkilli  tamaşada əsas rolları Əməkdar artist Arzu Əliyeva (Leyli), Xəyal Hüseynov (Məcnun), Taleh Yahyayev (Leylinin atası), Aytən Məhərrəmova (Leylinin anası), Mütəllim Dəmirov (Məcnunun atası), Afaq Ağayeva (Məcnunun anası), Əməkdar artistlər Təyyar Bayramov (İbn Salam), Cahangir Qurbanov (Nofəl) və başqaları oynayırlar.

Üzeyir Hacıbəylinin əbədiyaşar sənət incisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Nümayişdən sonra tamaşanın bütün yaradıcı heyəti səhnənin önünə gəlib. Tamaşaçılar onları ayaq üstə sürəkli alqışlarla qarşılayıblar.

Bildirək ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı tarixində ilk dəfə olaraq builki musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edir. Unudulmaz bəstəkarın musiqi əsərləri əsasında konsert və müvafiq tədbirlərin təşkili nəzərdə tutulur.

TodayPress TV

FOTOLAR

117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 1
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 2
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 3
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 4
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 5
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 6
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 7
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 8
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər