Güneyli yazardan Anara AÇIQ MƏKTUB

Güneyli yazardan Anara AÇIQ MƏKTUB
08.12.2025 15:56 Mədəniyyət

“Yol”, “Cahan” jurnalları və “Yarpaq” qəzetinin yazarı Eyvaz TAHA Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevə açıq məktub ünvanlayıb.  

TodayPress TV sözügedən açıq məktubu təqdim edir. 

“Hörmətli Anar müəllim!

Son dövrlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan şöbəsi ictimaiyyətin diqqət mərkəzinə gəlib. Şöbənin fəaliyyəti müxtəlif qələm sahiblərinin narazılığına səbəb olub, nəhayət, onun idarəçilik tərzinə qarşı Güneydən 183 imzanın etiraz səsi ucaldıb. Mən Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq, təfərrüatlara varmadan məsələyə müəyyən prinsipial mövqedən toxunmaq istəyirəm:

1.    Şübhəsiz, Cənubda dilimizə, düşüncəmizə və mədəniyyətimizə hərtərəfli qayğı göstərmək həyati önəmə malik olmuşdur. Belə bir vəziyyətdə, Cənubi Azərbaycan şöbəsini mübahisə mövzusuna çevrilməsi ilk baxışdan vaxt itkisi kimi qiymətləndirilə bilərdi. Lakin nə yazıq, bu bir simptomdur. Öz-özlüyündə əhəmiyyətsiz görünən bu mövzu böyük bir qurumun adı ilə bağlı olduğundan reaksiyaları labüd edir. 

2.    Bir neçə il öncə Cənubi Azərbaycan şöbəsinin müəyyən bir şəxsə tapşırılması hamımızı təəccübləndirmişdi. Çünki bu təşəbbüs on milyonlarla Güney xalqına, eləcə də bu xalqa mənsub olan yazarlara qarşı təhqir mahiyyəti daşıyırdı. Vaxtilə adı Güneyin ciddi yazarlar sırasında çəkilməyən birisinin birdən-birə nəhəng Geneyin təmsil məqamında oturması, sanki planlaşdırılmış bir ədalətsizlik kimi rezonans doğurdu. Lakin təəssüf ki, bu rezonans Xaqani küçəsindəki Yazıçılar Birliyinin qapısını döyə bilməmişdi.

3.    Güney Azərbaycan hazırda dil, düşüncə, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində renessansa şahidlik edir. İndi "virtual məkan" hakim diskursun dəmir şəbəkəsini dağıdaraq, yazarlara, şairlərə, mütəfəkkirlərə və musiqiçilərə tarixi fürsət yaradıb. İndi gənclərimiz idman meydanlarında belə kimlik bayrağını qaldırırlar. Lakin bu oyanış bir gecədə baş vermədi. "Traktor" futbol komandasının yüz minlərlə azarkeşinin stadionlarda "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!" şüarını səsləndirməsi bu fəaliyyətlərin nəticəsi idi. Bu odlu şüarlar fəlsəfi nəzəriyyələrdən, bədii nəsrin cümlələrindən, şeirlərin misralarından boy atıb, qurtuluşçu siyasəti ərsəyə gətirmişdir. Hər hansı adi bir şəxsi beləcə dalğalanan, cəmiyyəti silkələyən, milləti oyadan reallıq fırtınasının təmsilçisi kimi təqdim etmək dövrümüzün gülünc komediyalarından biridir.

Hörmətli Anar müəllim!

Unutmuş olmazsınız ki, bir neçə il öncə son dəfə görüşünüzə gəldikdə, Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı və Anar Rza kimi samballı şəxsiyyətlərin nəfəs aldığı qurumun alçaldılmasından danışdım. Bunun isə Yazıçılar Birliyinə xələl gətirəcəyini bildirdim. Ancaq bunu artırmadım ki, siz təkcə Azərbaycanın deyil, Türk dünyasının yazarısınız. Habelə yazıçılar birliyi yaradıcılıq ocağı olmalıdır, məzmundan formaya doğru hərəkət prosesinin güvənli axarı. Məhz buna görə də sizin çevrənizi yüksək söz sahibləri əhatə etməlidir.

Düşüncə, ədəbiyyat və incəsənət "dil" iqlimində yerləşir. Bu iqlimə yaraşmayan vasitə ilə hansısa mədəni statusu qazanmaq, varlığın yuvalandığı "söz"ü yaralayır. Yaralı sözdən isə toplumun ruhu kədərlənir.

Dərin sayğı ilə

“Yol”, “Cahan” jurnalları və “Yarpaq” qəzetinin yazarı Eyvaz TAHA”.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər