Uşaqlar sağlam qidaları niyə sevmirlər?

Uşaqlar sağlam qidaları niyə sevmirlər?
27.11.2025 19:00

Uşaqların zeytun, brokkoli, sarımsaq kimi məhsulları sevməməsi valideynlər arasında geniş yayılmış narahatlıqdır. Alimlər isə bildirirlər ki, bu hal tamamilə normal və təbii prosesdir.

TodayPress TV xəbər verir ki, uşaqlarda dad reseptorları böyüklərə nisbətən daha həssas olur.

Xüsusilə acı dadlar onların beynində avtomatik olaraq təhlükə siqnalı kimi qəbul edilir. Bu, bioloji müdafiə mexanizmidir, çünki təbiətdə acı dadlar çox vaxt toksik və ya zəhərli maddələrlə əlaqələndirilir. Buna görə də zeytun, kərəviz, brokkoli kimi bir qədər acılıq və kəskinlik daşıyan qidalar uşaqlarda ilkin mərhələdə rədd reaksiyası yarada bilər.

Araşdırmalar göstərir ki, dad vərdişlərinin təməli artıq ana bətnində formalaşmağa başlayır. Yaş artdıqca uşaqlarda dad reseptorlarının həssaslığı azalır və qida seçimləri tədricən genişlənir. Uşaqlar müəyyən dadlarla dəfələrlə qarşılaşdıqca və böyüklərin davranışını təqlid etdikcə əvvəl xoşlamadıqları qidaları daha asan qəbul etməyə başlayırlar.

Mütəxəssislər vurğulayırlar ki, uşağın hər hansı qidaya qarşı ikrah hissi valideynlər üçün narahatlıq doğurmamalıdır. Bu, inkişafın normal mərhələsidir və zaman keçdikcə həmin qidalar böyüklük dövründə sevimli seçimlərə çevrilə bilər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Все новости