"Tirannosaurus rex"lə bağlı yeni kəşf

"Tirannosaurus rex"lə bağlı yeni kəşf
21.03.2026 19:30

Paleontoloqlar "Tirannosaurus rex"in yalnız leşlə qidalanmadığını, həm də aktiv şəkildə ov etdiyini göstərən nadir sübutlar əldə ediblər.

TodayPress TV xəbər verir ki, araşdırma "Edmontosaurus" dinozavrına aid kəllə üzərində aparılıb.

2005-ci ildə ABŞ-nin Montana ştatında tapılan bu kəllə sümüyündə qeyri-adi detal aşkar edilib – burun boşluğuna daxil olmuş yırtıcı diş parçası.

KT müayinəsi dişin yerini və istiqamətini dəqiq müəyyən etməyə imkan verib. Tədqiqatçılar hesab edir ki, diş güclü hücum zamanı qopub və sağalma izlərinin olmaması zədənin ölümdən dərhal əvvəl və ya sonra baş verdiyini göstərir.

Dişin ölçü və formasına əsasən onun yetkin "Tirannosaurus rex"ə aid olduğu müəyyən edilib. Bundan əlavə, kəllənin müxtəlif hissələrində dişləmə izləri aşkar olunub ki, bu da yırtıcının qurbanın ən ətli hissələri ilə qidalandığını göstərir.

Alimlərin fikrincə, bu faktlar onun həm ovçu, həm də leş yeyən olduğunu, yəni müasir iri yırtıcılar kimi hər iki strategiyanı birləşdirdiyini sübut edir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, belə birbaşa fosil sübutları çox nadir hallarda tapılır və bu cür kəşflər qədim ekosistemləri daha yaxşı anlamağa imkan verir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Nolanın "The Odyssey" i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Илон Маск признался, что больше не хочет попрошайничать 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 Все новости