Robin Hudun sığındığı 1000 yaşlı tarixi ağac qurudu

Robin Hudun sığındığı 1000 yaşlı tarixi ağac qurudu
20.06.2026 08:00

Böyük Britaniyanın əfsanəvi Şervud meşəsində böyük bir itki yaşanıb. Ölkənin ən məşhur ağacı olan tarixi "Mayor palıdı" (Major Oak) quruyub.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, yaşı 1 000-i keçən və saysız-hesabsız təlatümlərdən sağ çıxan nəhəng ağac bu il tarixində ilk dəfə olaraq yarpaqlamayıb. Gövdəsinin çevrəsi 11 metr, çətirinin genişliyi isə 28 metr olan bu qədim palıd hər il təxminən 350 min turisti özünə cəlb edirdi.

Əfsanəyə görə, Nottingem şerifinin zülmündən qaçan xalq qəhrəmanı Robin Hud və onun tərəfdaşları məhz bu ağacın nəhəng koğuşunda gizləniblər. Tarixçilər ağacın Robin Hudun dövründə (XII-XIII əsrlər) hələ gənc bir fidan olduğunu və koğuşun sonradan yarandığını desələr də, bu fakt ağacın əsrlər boyu qoruyub saxladığı mistik aurasını heç vaxt azaltmayıb.

Ağacın quruması ictimaiyyəti dərindən sarsıdıb. Böyük Britaniyanın Quşları Mühafizə Kral Cəmiyyəti (RSPB) tərəfindən təşkil edilən simvolik "dəfn mərasimi"nə dünyanın dörd bir yanından təbiət sevərlər axın edib. Yerli bələdçi Robert Brekli mərasimə müasirliklə tarixi birləşdirərək, həm elektrofurqonda, həm də ənənəvi Robin Hud kostyumunda gəlib.

Mütəxəssislərin rəyinə görə, nəhəng palıdın məhvi bir çox amillərin ağır nəticəsidir. Əsas səbəblər kimi qlobal istiləşmə və kəskin quraqlıq göstərilir. Xüsusilə, 2022-ci ildə Böyük Britaniyada qeydə alınan və 40 dərəcəni keçən rekord istilər ağaca sarsıdıcı zərbə vurub. Vəziyyəti iki əsr davam edən antropogen (insan) təsirlər daha da ağırlaşdırıb: milyonlarla turistin torpağı tapdalaması, Şervudda əvvəlki əsrlərdə salınmış hərbi düşərgələr və yeraltı suların səviyyəsini kəskin dəyişən kömür mədənləri ağacın həyat potensialını tükədib.

Paradoksal haldır ki, keçmişdə palıdı xilas etmək üçün atılan addımlar da ona zərər verib. XX əsrdə ağacın gövdəsinə vurulan beton plomblar, metal dartılar və quraşdırılan nəhəng dayaqlar onun təbii metabolizmini pozub.

Qurumasına baxmayaraq, əfsanəvi palıd kəsilməyəcək. Ekoloqlar qeyd edirlər ki, quru ağac Şervud meşəsinin ekosisteminin mühüm parçası olaraq qalacaq və yüzlərlə böcək, göbələk və mikroorqanizm növü üçün yeni yuva olacaq. Eyni zamanda, bu kədərli hadisə fonunda ekoloqlar Böyük Britaniya hökumətinə müraciət edərək qanunların sərtləşdirilməsini tələb ediblər. Vurğulanır ki, bu qədər zəngin tarixə malik qədim ağacların ölkədə xüsusi hüquqi müdafiə statusuna malik olmaması ciddi qanunvericilik boşluğudur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında hesab açıldı - YENİLƏNDİ 21:13 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 У них был долг, но была и отсрочка: почему в Иране заблокировали счета нефтяной компании? 18:37 США отступили: санкции отменены 18:22 Все новости