Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş

Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş
07.08.2026 03:34

İtaliyada turistlərə eramızın 393-cü ilinə aid qədim Roma teatrı kimi təqdim edilən tikilinin əslində müasir dövrdə yaradılmış saxta abidə olduğu müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Franco Malosso adlı italiyalı təpənin yamacını hamarlayaraq daş pillələr, sütunlar və heykəllərlə bəzədilmiş saxta teatr inşa edib. O, Arkunyanoya yaxın ərazidə yerləşən tikilini qədim amfiteatr kimi təqdim edərək turistlərə ekskursiyalar təşkil edib.

Malosso turistlərə tikilinin 393-cü ildə inşa edildiyini, hətta Yuli Sezarın Kleopatra ilə birlikdə buranı ziyarət etdiyini deyib. O, ərazidəki qədim kilsədə “Cülyetta Kapuleti”nin yaşadığını da iddia edib. Halbuki Cülyetta Şekspirin “Romeo və Cülyetta” əsərinin uydurma personajıdır.

Araşdırmalar zamanı tikilidə beton sütunlardan, şüşə lifindən, papye-maşedən və müasir tikinti materiallarından istifadə edildiyi müəyyənləşib. Müasir heykəllər isə xüsusi üsullarla köhnəldilərək qədim görünüşə salınıb.

Peyk görüntülərinin müqayisəsi də təpənin yamacının sonradan hamarlanaraq tikilinin məhz burada inşa edildiyini göstərib. Sürüşmənin ərazidə qədim tikili üzə çıxarmasına dair heç bir sübut tapılmayıb.

Məhkəmə Malossonu sənət əsərlərinin saxtalaşdırılması və qanunsuz tikinti işlərinə görə təqsirli bilib. Apellyasiya cəhdlərinə baxmayaraq, onun 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə qalıb.

Maraqlıdır ki, saxta tikili hələ də sökülməyib və 2016-cı ildən məhkəmə qadağası altındadır.

Kübra Musayeva

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Все новости