İqlim dəyişikliyi vanilin məhv olmasına səbəb olacaq

İqlim dəyişikliyi vanilin məhv olmasına səbəb olacaq
03.07.2025 18:45 Maraqlı

Belçikanın Leuven Katolik Universiteti və Kosta Rikanın Lankester Nəbatat Bağının alimləri müəyyən ediblər ki, iqlim dəyişikliyi vanilin yox olmasına səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, tədqiqat “Frontiers in Plant Science” jurnalında dərc olunub.

Təbii vanilin əsas mənbəyi olan Vanilla planifolia bitkisi xəstəliklərə, quraqlığa və istiyə qarşı son dərəcə həssasdır. Alimlər qlobal istiləşmənin vanil növləri və onların tozlandırıcı həşəratlarının yaşayış areallarını necə dəyişə biləcəyini iki fərqli iqlim ssenarisi əsasında modelləşdiriblər.

Tədqiqatın müəllifi Dr. Şarlott Vattin bildirib ki, iqlim dəyişikliyi bu növlərin bir-birindən ayrılmasına və nəticədə onların qarşılıqlı mövcudluğunun pozulmasına səbəb ola bilər. Bu isə vəhşi vanil populyasiyalarının sağ qalmasına ciddi təhlükə yaradır.

Modelə əsasən, bəzi vanil növlərinin yaşayış arealları 2050-ci ilə qədər 140% genişlənə bilər, lakin digər növlərdə 53%-ə qədər azalma gözlənilir. Daha narahatedici isə tozlandırıcı həşəratların yaşayış sahələrinin əhəmiyyətli dərəcədə daralması riskidir.

Alimlər qeyd edirlər ki, vəhşi vanil növlərinin qorunması təkcə ekoloji deyil, həm də kənd təsərrüfatı baxımından həyati əhəmiyyət daşıyır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
19 AVQUST 2026
İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? 19:58 Tramp İrandan danışdı: “Bəlkə də nə vaxtsa…” - VİDEO 19:49 İran Kaliforniyanı öz ərazisi elan etdi - Trampa “şillə” kimi cavab 19:42 Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək xəbər! 19:30 İki gün əvvəl meyiti tapılan qadın tanınmış aparıcının anası imiş 19:16 Xətaidə yanğın başladı - VİDEO 18:58 İsrail Rusiyanı “arxayınlaşdırdı”: “Ukraynaya silah vermirik” 18:50 Bu gün son gündür - Abituriyentlərin NƏZƏRİNƏ! 18:35 Tezalışan maye olan çənin qapağı qopdu - GÜCLÜ YANĞIN 18:22 Məşhur kabab evində at DNT-si tapıldı 18:11 Putin Ukraynanın hücumlarını ciddiyə almır: “Nəticəsi yoxdur” 18:05 Fransa sağalmaz xəstələr üçün "ölüm qanunu"nu təsdiqlədi 16:51 XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir 17:55 Avropadakı ABŞ bazaları hədəfdədir? NATO Türkiyə səmasında vurulan raketləri xatırlatdı 16:44 “Qarabağ”ın əsas oyunçusu “Tvente” səfərini buraxa bilər! 17:39 İranın Avropaya zərbə endirmək planları üzə çıxdı 16:13 Saynsdan “Williams”ə sədaqət mesajı: “Komandanı zirvəyə qaytarmaq istəyirəm” 17:25 NBA ulduzu Karri yeni mövsümə kökləndi: “Hər şeyə yenidən başlamaq istəyirəm” 17:20 Zelenski onlara təşəkkür etdi 15:41 Çempionlar Liqasının 2028-ci il finalı Münhendə keçirilə bilər 16:54 KİV: Rusiyanın iqtisadiyyatı müharibə səbəbindən ciddi zəifləyib 15:39 “Söhbət artıq “Ferrari”dən gedir!” – Vassördən pilotlara sərt mesaj 16:46 Kolleclərə qeydiyyat başladı 15:30 NBA ulduzu Vembanyamadan Fransaya mesaj: “Bu, böyük tabudur” 16:36 Həftəsonunadək hava necə olacaq? 15:25 Bütün Xəbərlər