İnsanlar pişiklərin emosiyalarını başa düşməkdə çətinlik çəkirlər

İnsanlar pişiklərin emosiyalarını başa düşməkdə çətinlik çəkirlər
06.11.2025 19:30

Avstraliyalı alimlərin apardığı araşdırma göstərib ki, insanlar pişiklərin emosiyalarını və davranış siqnallarını düzgün dəyərləndirməkdə çətinlik çəkirlər.

TodayPress TV xəbər verir ki, tədqiqat zamanı 368 iştirakçıya insanlarla pişiklərin qarşılıqlı əlaqəsini əks etdirən videolar təqdim edilib. 

Videolarda bəzi pişiklər oynayır, digərləri isə stress və narahatlıq əlamətləri göstərirdi. İzləyicilərdən pişiyin vəziyyətini qiymətləndirmələri və onunla necə davranacaqlarını təsvir etmələri istənilib.

Nəticələr göstərib ki, pişiklərdə stressi tanımaq çox çətindir. Məsələn, heyvan üzünü çevirdikdə və ya toxunmaqdan qaçdıqda, iştirakçılar bu davranışı düzgün qiymətləndirə bilməmiş, yalnız 48,7% hallarda narahatlığı müəyyən edə biliblər. 

Tədqiqatçılar bildiriblər ki, hətta stressi düzgün tanıyanlar da tez-tez yanlış reaksiya veriblər. Məsələn, pişiyi sakitləşdirmək üçün onu sığallamağa və ya qarnına toxunmağa çalışıblar. Bu isə heyvanda əlavə qıcıqlanma yaradaraq dişləmə və cızıqlanma riskini artırır.

Heyvan psixoloqları pişiklərin narazılıq əlamətlərinə diqqət yetirməyi tövsiyə edirlər: üzünü çevirmək, əldən uzaqlaşmaq, bədəni gərginləşdirmək, qulaqları geri çəkmək və quyruğunu tez-tez hərəkət etdirmək bu əlamətlərdəndir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Все новости