Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz

Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz
22.06.2026 06:00

Alimlər Günəşin gələcəkdə genişlənəcəyi mərhələdə Yer planetinin taleyi ilə bağlı əvvəlki hesablamaları yenidən nəzərdən keçiriblər. Yeni modelə əsasən, Yerin məhv olması qaçılmaz deyil.

TodayPress TV xəbər verir ki, bu barədə Phys.org məlumat yayıb.

Söhbət təxminən 5 milyard il sonra baş verə biləcək proseslərdən gedir. Həmin dövrdə Yer onsuz da yaşamaq üçün əlverişsiz vəziyyətə düşəcək. Bununla belə, planetin Günəş tərəfindən udulub-udulmayacağı məsələsi astrofizikanın mühüm müzakirə mövzularından biri olaraq qalır.

Günəşin nüvəsində hidrogen ehtiyatı tükəndikdən sonra o, əvvəlcə "qırmızı nəhəng" mərhələsinə keçəcək, daha sonra isə AGB adlanan son genişlənmə fazasına daxil olacaq. Bu mərhələlərdə Günəşin ölçüsü kəskin şəkildə artacaq və daxili planetlərin taleyi müəyyənləşəcək.

Alimlər hesablamalarında iki əsas prosesin qarşılıqlı təsirini nəzərə alıblar. Bir tərəfdən, Günəş genişləndikcə onun Yerlə cazibə-tidal qarşılıqlı təsiri güclənəcək və bu, planetin orbitinin dəyişməsinə səbəb ola bilər. Digər tərəfdən isə Günəş kütlə itirəcək və cazibə qüvvəsi zəiflədiyi üçün Yerin orbiti daha uzağa çəkilə bilər.

Tədqiqatın müəllifi Mats Esselders bildirib ki, əgər tidal təsirlər üstünlük təşkil etsə, Yer Günəş tərəfindən udulacaq. Əgər üstünlük Günəşin kütlə itirməsi nəticəsində yaranan təsirə verilərsə, planet daha uzaq orbitə keçərək mövcudluğunu qoruya bilər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
08 августа 2026
Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı 09:15 Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 "ПОБЕДА, КОТОРАЯ СОЗДАЛА МИР" — пишет Рамиз Юнус... 22:10 Все новости