Elmə məlum olmayan canlılar aşkarlandı

Elmə məlum olmayan canlılar aşkarlandı
04.06.2026 08:56

Şərqi Afrikaya təşkil olunan ekspedisiya zamanı 16 nəfərlik beynəlxalq alimlər qrupu elmə məlum olmayan onlarla heyvan və həşərat növü aşkar edib.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Tədqiqatçılar Anqolanın Lisima yaylasında araşdırmalar aparıblar. Uzun illər əlçatmaz qalan bu əraziyə giriş ölkədə 27 il davam edən və 2002-ci ildə başa çatan vətəndaş müharibəsi səbəbindən məhdud olub.

Ekspedisiya zamanı alimlər ultrabənövşəyi işıq altında parıldayan tacvari xərçəng hörümçəyi, zəhərli xaç böcəyini təqlid edən çarpaz hörümçək, səkkiz yeni kəpənək növü, yarasa qanı ilə qidalanan uçuşsuz milçək və zirehli cırcırama aşkar ediblər.

Mütəxəssislərin sözlərinə görə, məhdud yaşayış mühitinə malik olan və xüsusi ekoloji şərait tələb edən növlər iqlim və ətraf mühit dəyişikliklərinə qarşı daha həssasdır.

Qeyd edək ki, ötən il Ural Federal Universiteti və Çinin Taizhou Universitetinin alimləri də Çində əvvəllər məlum olmayan yeni şibyə növlərini müəyyən etmişdilər. Bunun üçün tədqiqatçılar yüz il əvvəl toplanmış nümunələrin əvəzinə həmin ərazilərdən yeni materiallar toplayaraq müasir analiz üsullarından istifadə ediblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Bütün Xəbərlər