Alimlər: "40 min il əvvəl informasiya yazılırdı"

Alimlər: "40 min il əvvəl informasiya yazılırdı"
26.02.2026 18:30

40 min ildən çox əvvəl insanlar alətlər və fiqurlar üzərinə nöqtə, xətt və xaçlardan ibarət təkrarlanan ardıcıllıqlar həkk ediblər və yeni araşdırma göstərir ki, bu işarələr sadəcə bəzək deyil, informasiya sistemi ola bilərdi.

TodayPress TV xəbər verir ki, Saar Universitetinin linqvisti Kristian Benz və Berlin Erken Tarix Muzeyinin arxeoloqu Eva Dutkeviçin tədqiqatı “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.

Alimlər yaşı 34–45 min il olan 260 paleolit artefakt üzərində 3000-dən çox həkk edilmiş işarəni təhlil ediblər. Tapıntıların bir qismi Almaniyanın cənub-qərbindəki Şvab Albası mağaralarından — o cümlədən Foqelherd, Gaysenklösterle və Hohlenştayn-Ştadel ərazilərindən əldə olunub. Onların arasında xaç və nöqtə sıraları olan mamont fiqurcuğu, çoxsaylı çərtmələr olan fil sümüyü lövhə və məşhur “Şir-insan” heykəlciyi də var.

Tədqiqatçılar işarələrin mənasını açmağa deyil, onların struktur xüsusiyyətlərinə diqqət yetiriblər. Kəmiyyət linqvistikası və maşın öyrənməsi metodlarından istifadə etməklə təkrar tezliyi, ardıcıllıqların proqnozlaşdırıla bilməsi və informasiya sıxlığı — entropiya göstəriciləri qiymətləndirilib. Nəticədə məlum olub ki, bu paleolit ardıcıllıqları statistik baxımdan e.ə. təxminən 3000-ci illərdə Mesopotamiyada yaranmış proto-mixiyazı sisteminə təəccüblü dərəcədə yaxındır.

“Bu işarə sistemlərinin onları yazının erkən sələfləri edən unikal statistik izini aşkar etdik”, — deyə Benz bildirib.

Onun sözlərinə görə, “xaç, xaç, xaç, xətt, xətt” kimi ardıcıllıqlar yüksək təkrar və proqnozlaşdırıla bilmə xüsusiyyəti göstərir ki, bu da nitqi birbaşa əks etdirən müasir yazı sistemləri üçün xarakterik deyil. Bununla belə, ümumi informasiya sıxlığı erkən proto-mixiyazı lövhələri ilə müqayisə edilə bilər.

Dutkeviç əlavə edib ki, fiqurlar alətlərlə müqayisədə daha yüksək informasiya sıxlığı nümayiş etdirir və oxşar işarə ənənələri yalnız Şvab Albasında deyil, Avropanın digər bölgələrində də müşahidə olunur.

Müəlliflər vurğulayırlar ki, söhbət müasir anlamda tam yazı sistemindən getmir. Lakin vizual simvollar vasitəsilə informasiyanın kodlaşdırılması bacarığının on minlərlə il ərzində tədricən formalaşdığı ehtimal olunur. Yazı isə işarə sistemlərinin uzun təkamül yolunun mərhələlərindən yalnız biri olub.

Daş dövrü insanlarının məhz nəyi qeyd etdiyi hələ məlum deyil. Lakin ovuc içinə sığan ölçüdə olan bu əşyaların daşına bilən xarakteri və simvolların təkrarlanması onların qruplar daxilində informasiya saxlanması və ötürülməsi üçün istifadə oluna biləcəyini göstərir — ilk şəhərlər və yazılı sivilizasiyalar yaranmamışdan çox əvvəl.

Bundan əvvəl rus alimlərini 8 min il əvvəl yaşamış qədim sibirlilərin qidalanma rasionu təəccübləndirmişdi.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 Все новости