KOB idarəetməsində süni intellektin tətbiqi platforması işə salınacaq

KOB idarəetməsində süni intellektin tətbiqi platforması işə salınacaq
13.06.2025 11:55 İKT

Almaniya-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azerbaijan”) və Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznesin (KOB) idarə edilməsində süni intellektin tətbiqinin genişləndirilməsinə istiqamətlənən birgə platformanın işə salınmasını planlaşdırır.

Bu barədə TodayPress TV-yə “AHK Azerbaijan”dan məlumat verilib.

Qurumdan bildirilib ki, tərəflər həmçinin KOB-ların inkişafına və ikitərəfli tərəfdaşlığın gücləndirilməsinə dəstək, Azərbaycanda sahibkarlıq ekosisteminin dəstəklənməsi üçün qabaqcıl təcrübələrin mübadiləsi, biznes proseslərinin "yaşıl transformasiya"sı və rəqəmsallaşdırılmasının təşviqi, dialoq və qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün AHK üzvlərinin KOBİA nümayəndələri ilə müntəzəm görüşlərinin təşkili daxil olmaqla əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.

"Biz əminik ki, bu təşəbbüslər Azərbaycan və Almaniya şirkətlərini daha da yaxınlaşdıracaq, KOB-ların inkişafı üçün yeni imkanlar açacaq. Eyni zamanda, etibarlı tərəfdaşlıq sayəsində innovasiyalara töhfə verəcək", - “AHK Azerbaijan”dan vurğulayıblar.

XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər