"Apple" ultra nazik "iPhone Air 2"ni təqdim edəcək

"Apple" ultra nazik "iPhone Air 2"ni təqdim edəcək
06.11.2025 19:45 ИКТ

"Apple" şirkəti 2026-cı ildə çıxaracağı "iPhone 18" seriyası ilə yanaşı, ikinci nəsil "iPhone Air" modelini də təqdim etməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.

Məlumata görə, "iPhone Air 2" təkmilləşdirilmiş ikili kamera sistemi ilə təchiz ediləcək. Cihazda 48 MP-lik əsas və 48 MP-lik ultra geniş bucaqlı kamera olacaq. Bu yenilik əvvəlki nəsil "iPhone Air"in əsas məhdudiyyətlərini aradan qaldıracaq və modeli foto imkanlarına görə baza "iPhone 17"yə yaxınlaşdıracaq.

Yeni kamera sistemi üçün "Apple" daxili lövhə və komponent yerləşimini yenidən dizayn edib. Kamera blokunun üfüqi düzülüşü və soyutma sistemi də təkmilləşdiriləcək.

Dizayn baxımından cihaz öz minimalist üslubunu qoruyacaq.

Mənbələrin məlumatına görə, "iPhone 18" seriyası və "iPhone Air 2" 2026-cı ilin sentyabr ayında təqdim olunacaq. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Все новости