"Apple" şirkətinin təsis sənədi hərraca çıxarılır

"Apple" şirkətinin təsis sənədi hərraca çıxarılır
27.11.2025 19:45 ИКТ

1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ron Ueyn tərəfindən imzalanmış üçsəhifəlik tərəfdaşlıq müqaviləsinin 2026-cı il yanvarın 23-də Christie’s tərəfindən satışa çıxarılacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə "9to5Mac" məlumat yayıb.

Mütəxəssislərin proqnozuna görə, sənəd 2–4 milyon dollar arasında qiymətləndirilir və bu məbləğ gerçəkləşərsə, Apple ilə bağlı indiyə qədər hərraca çıxan ən bahalı əşya olacaq.

Sənəddə tərəflərin ilkin pay bölgüsü belə göstərilib: Cobs – 45%, Voznyak – 45%, Ueyn – 10%. Ron Ueyn həmin payını şirkətə məsuliyyət daşımaq riskindən qorxduğu üçün cəmi 800 dollara satmışdı. Bu gün həmin payın dəyəri təxminən 400 milyard dollara çata bilərdi.

Hərracda həm təsis müqaviləsi, həm də Ueynin Apple-dan ayrılma müqaviləsi bir lot kimi satışa çıxarılacaq.

Xəbər onu da xatırladır ki, bu yaxınlarda Rusiyada Yeni il üçün eksklüziv və yüksək qiymətli iPhone 17 Pro təqdim edilmişdi.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Все новости