30 milyondan çox zərərli keçid qeydə alındı

30 milyondan çox zərərli keçid qeydə alındı
03.09.2025 17:10 İKT

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir.

TodayPress TV xəbər verir ki, cari ilin avqust ayı ərzində XRİTDX tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 39 kiberhücum indikatoru müəyyən edilmişdir. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb.

Avqust ayı ərzində XRİTDX tərəfindən görülən tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsi üzrə 31,759,074 zərərli keçid, "Sandbox" mühafizə sistemi vasitəsilə 8,408 zərərverici tərkibli elektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərinin qoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə 2,850,500 zərərli fəaliyyət bloklanıb.

Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə avqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.

XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin etmək istiqamətində işləri davam etdirir.

TodayPress TV 

XƏBƏR LENTİ
30 IYUL 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 Bütün Xəbərlər