"Optimal Finance" BOKT-un lisenziyası ləğv olundu

"Optimal Finance" BOKT-un lisenziyası ləğv olundu
23.04.2026 16:34

Azərbaycan Mərkəzi Bankı (AMB) "Optimal Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir.

Bununla da, ölkədə BOKT-ların sayı 53-ə düşüb.

Qurum xatırladıb ki, "Bank olmayan kredit təşkilatları haqqında" qanuna edilmiş dəyişiklərə əsasən, eləcə də "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində AMB-nin İdarə Heyətinin müvafiq qərarları ilə "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası" təsdiq edilib.

Qaydaya əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni BOKT-lara 1 milyon manat kapital tələbi qoyulub. Bu tələbə əməl etməyən "Optimal Finance"a icrası məcburi olan göstərişlər verilib. Lakin, ötən dövrdə kapital tələbinə əməl edilməyib. Odur ki, "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 25.1.4-cü maddəsinə əsasən, 29.12.2020-ci il tarixli, BKT-37 nömrəli lisenziya ləğv edilib.

Qanunun 25.4-cü maddəsinə əsasən, kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

AMB-nin fəaliyyətini requlyativ tələblər əsasında daim nəzarətdə saxlamaqla qanunvericiliklə tələb olunan zəruri addımları atmaqda davam edəcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Все новости