Onkoloji xəstələrin müalicəsinə xərclənən vəsait açıqlandı

Onkoloji xəstələrin müalicəsinə xərclənən vəsait açıqlandı
27.05.2025 10:38 Maliyyə

Ötən il dövlət büdcəsindən onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsinə xərclənən vəsait açıqlanıb. 

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”ında əksini tapıb. 

Hesabatda qeyd edilib ki, onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatının ödənilməsi, bu sahənin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün 2024-cü il dövlət büdcəsindən 48,3 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü ilə nisbətən 1,5 milyon manat və ya 3,2 faiz çox olub. 

Həmçinin dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üçün 1,0 milyon manat, onkoloji xəstələrin müalicəsində istifadə olunan 3 yeni şüa avadanlığının və həmin avadanlıqların yerləşdirilməsi məqsədilə xüsusi bunker və köməkçi otaqların tikintisi, istismarda olan şüa və digər avadanlıqların cari təmiri və ehtiyyat hissələrinin alınması üçün dövlət büdcəsinin ehtiyat fondundan 16,8 milyon manat vəsaitin icrası təmin edilib.

(APA)

XƏBƏR LENTİ
30 IYUL 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Bütün Xəbərlər