"Azərbaycan Beynəlxalq Bankı" maliyyə vəziyyətini açıqladı

"Azərbaycan Beynəlxalq Bankı" maliyyə vəziyyətini açıqladı
14.01.2026 12:44

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2025-ci ili 335,693 milyon manat xalis mənfəətlə başa vurub.

TodayPress TV Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 14,3 % çoxdur.

Ötən il ABB-nin gəlirləri 1 milyard 547,108 milyon manat (əvvəlki ilə nisbətən 23,3 % çox), xərcləri 1 milyard 14,866 milyon manat (31,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 114,332 milyon manat (0,9 % az), mənfəət vergisi ödəmələri isə 82,217 milyon manat (10,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə ABB-nin aktivləri 13 milyard 626,903 milyon manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Bunun 6 milyard 515,103 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,1 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 1,4 % azalaraq 11 milyard 422,218 milyon manat, o cümlədən depozit portfeli 1,4 % azalaraq 8 milyard 892,88 milyon manat, balans kapitalı isə 7,5 % artaraq 2 milyard 204,685 milyon manat olub.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
“Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Али Асадов встретился с президентом Узбекистана 16:37 Устройство, отслеживающее водителей между радарами, могут внедрить в Азербайджане — МНЕНИЕ 16:25 Ильхам Алиев провел телефонный разговор с премьером Нидерландов 16:13 Франция сыграет с Сенегалом, Аргентина встретится с Алжиром 16:07 Пенсии в регионах будут выплачены к этой дате 15:52 Начался крах Российской империи: Армения проявила неуважение 15:51 AZAL выполнил первый регулярный рейс по маршруту Баку – Шымкент 15:39 Впервые за несколько месяцев: Зеленский встретился с Трампом 15:35 Медина покинул «Карабах» 15:30 Увидев турка в Армении, люди реагировали негативно — ВИДЕО 15:18 Оскорбление мусульман от Джими: однажды мы вас расчленим и закопаем! 15:16 Джавид Гусейнов назначен главным тренером «Араз-Нахчывана» 15:10 Все новости