AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq
09.04.2026 21:20

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Yaxın Şərqdə münaqişədən təsirlənən iqtisadiyyatlara dəstək məqsədilə yeni proqram çərçivəsində 2026-cı ildə 5 milyard avro investisiya yatırmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə   AYİB məlumat yayıb.

Bankın açıqlamasına görə, proqram birbaşa və dolayı təsirlərə məruz qalan ölkələri əhatə edir. Bu ölkələr sırasında Azərbaycan da yer alır. AYİB-in diqqəti əsasən İraq, İordaniya, Livan, Qərb Sahili və Qəzzaya yönəlsə də, təsirin yayıldığı qonşu ölkələr; o cümlədən Azərbaycan, Misir, Türkiyə və Ermənistan da proqramın əhatə dairəsinə daxildir.

Qeyd olunur ki, Yaxın Şərqdə davam edən münaqişə artıq bir sıra iqtisadiyyatlara təsir göstərir. Bu təsirlər ticarət marşrutlarının pozulması, enerji və əmtəə bazarlarında şoklar, investor inamının zəifləməsi və əhali üçün əlavə xərclərin yaranması ilə müşayiət olunur. Bununla yanaşı, təsirin miqyası vəziyyətin yaxın aylarda necə inkişaf edəcəyindən asılı olacaq.

AYİB bildirir ki, investisiyaların həcmi sabit olmayacaq və vəziyyətin dinamikasına uyğun olaraq formalaşacaq. Bank eyni zamanda iqtisadi təhlükəsizlik risklərindən və makroiqtisadi təsirlərdən zərər görən digər fəaliyyət ölkələrinə də dəstək göstərməyə hazırdır.

AYİB-in prezidenti Odil Reno-Basso qeyd edib ki, qurum qeyri-müəyyənlik dövründə əks-tsiklik dəstək göstərmək imkanına malikdir və digər maliyyə institutlarının geri çəkildiyi şəraitdə fəaliyyətini genişləndirir.

Proqram iki mərhələdən ibarət olacaq. İlk mərhələdə iqtisadi aktivliyin dəstəklənməsi, maliyyə sektorunun sabitləşdirilməsi və əsas xidmətlərin fasiləsizliyinin təmin edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə isə dayanıqlı bərpa və iqtisadi artım üçün əsasların yaradılması hədəflənir.

Enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qısa müddətdə enerji şirkətlərinə likvidlik dəstəyi veriləcək, uzunmüddətli perspektivdə isə daha şaxələndirilmiş və dayanıqlı enerji sistemlərinə keçid sürətləndiriləcək. Dövlət müəssisələrinə dəstək isə əsas xidmətlərin davamlılığını təmin etməklə yanaşı, uzunmüddətli islahatlara töhfə verəcək.

Özəl sektorda isə enerji bazarlarında və aqrar-ərzaq zəncirlərində yaranan pozuntuların təsirini azaltmaq üçün şirkətlərə dövriyyə kapitalı və likvidlik dəstəyi təqdim ediləcək. Uzunmüddətli dövrdə infrastruktur, ticarət marşrutları, ərzaq təhlükəsizliyi və rəqəmsal həllər üzrə investisiyalar genişləndiriləcək.

AYİB-in investisiya fəaliyyəti siyasət dialoqu, texniki yardım və məsləhət xidmətləri ilə müşayiət olunacaq. Bank hökumətlər, donorlar və beynəlxalq maliyyə institutları ilə koordinasiyalı şəkildə çalışaraq əlavə maliyyə resurslarının səfərbər edilməsinə də çalışacaq.

Qeyd edək ki, AYİB 2012-ci ildən bəri cənub və şərqi Aralıq dənizi regionunda 489 layihə üzrə 26,5 milyard avrodan çox investisiya yatırıb. Türkiyəyə isə Bank 2009-cu ildən etibarən 23 milyard avrodan artıq vəsait yönəldib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Все новости