Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edildi

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edildi
18.12.2025 14:51

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Məlumata görə, yeni standartlar Agentliyin nəzdindəki "Su ehtiyatları və meliorasiya sahəsi"nin Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48) konsensus qərarı ilə hazırlanıb.

Onlar aşağıdakılardır:

* AZS 983:2025– "Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə tələblər";

* AZS 984:2025– "Tullantı sularının su və su təsərrüfatı obyektlərinə axıdılması üzrə tələblər";

* AZS 985:2025– "Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirilmiş kanalizasiya sisteminə axıdılan tullantı sularında zərərli və çirkləndirici maddələrin miqdarına və tərkibinə nəzarət".

Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasına, tullantı sularının təkrar istifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantı sularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təmin edilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxil olan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinə xidmət edəcək.

Təsdiq edilmiş dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
“Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Сенсация в мире астрономии: обнаружена скрытая система возрастом 12,5 миллиардов лет! 12:21 НАТО приближается к белорусской границе: в Литве строится военный городок за 40 миллионов евро 11:59 МИД Азербайджана выразило соболезнования Центральноафриканской Республике 11:58 Всплыл тайный план Трампа: Как каждую ночь перевозится 10 миллионов баррелей нефти? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 Крупный церковный переворот в Ереване: «Гражданский договор» огласил план 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 В Израиле зафиксирован первый случай смерти от лихорадки Западного Нила 10:44 «Это конец путешествия!» — Култхард высказался о судьбе Зандворта в «Формуле-1» 10:28 «Белый дом скрывает свои долги!» — Аракчи раскрыл все карты! 10:24 Неожиданный поворот в трансфере Дарвина Нуньеса в самый последний момент! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Россия отправит в Армению новый груз транзитом через Азербайджан 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Цена азербайджанской нефти превысила 95 долларов 09:46 Все новости