Son 1 ildə valyuta ehtiyatları 11 %-ə yaxın artıb

Son 1 ildə valyuta ehtiyatları 11 %-ə yaxın artıb
23.10.2025 12:44 İqtisadiyyat

Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 81 milyard 472,2 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, bunun 86,1 %-i və yaxud 70 milyard 161,7 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,9 %-i və yaxud 11 milyard 310,5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 802,7 milyon ABŞ dolları və yaxud 4,9 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 646,1 milyon ABŞ dolları və yaxud 5,5 %, AMB-nin valyuta ehtiyatlarında isə 156,6 milyon ABŞ dolları və yaxud 1,4 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 7 milyard 978,8 milyon ABŞ dolları və yaxud 10,85 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 8 milyard 464,1 milyon ABŞ dolları və yaxud 13,7 % artım, AMB-nin valyuta ehtiyatları isə 485,3 milyon ABŞ dolları və yaxud 4,1 % azalma nümayiş etdirib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Bütün Xəbərlər