Qiymətli metal və daşlara dair yeni dövlət standartı qəbul ediləcək

Qiymətli metal və daşlara dair yeni dövlət standartı qəbul ediləcək
11.03.2026 12:41

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzində (İMEM) “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND TK/36) növbəti iclası keçirilib.

TodayPress TV xəbər verir ki, İclas zamanı AZSTAND TK/36-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub, görülmüş işlər ətrafında müzakirələr aparılıb.

Bundan əlavə, sözügedən Texniki Komitənin tərkibində struktur dəyişiklikləri ilə bağlı təkliflərə baxılıb, yeni üzv və məsul katib seçilib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, daha sonra komitə üzvləri tərəfindən cari ilin Fəaliyyət Planının əsas istiqamətləri və nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. Sonda EN 12472 “Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu” dövlət standartının qəbul olunması məsələsi ilə bağlı qərar verilib.

Qeyd edək ki, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən qiymətli metallar və qiymətli daşlar sahəsi üzrə dövlət, ilkin, beynəlxalq, regional və dövlətlərarası standartların hazırlanması və maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə təsis edilib.

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Все новости