Eyni bazar, fərqli qiymət: Bakıda əmlakda uçurum niyə dərinləşir?

Eyni bazar, fərqli qiymət: Bakıda əmlakda uçurum niyə dərinləşir?
06.04.2026 16:09

Bakıda mart ayı ərzində daşınmaz əmlak bazarında müxtəlif seqmentlər arasında likvidlik göstəricilərində əhəmiyyətli fərqlər ortaya çıxıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) bildirilib.

"Ən yüksək likvidlik kütləvi yaşayış seqmentində müşahidə edilir, premium seqment və torpaq bazarında isə satışın reallaşma müddəti daha uzun sürür", - AQP qeyd edir.

Məlumata görə, kütləvi yaşayış seqmentində 1 kvadratmetrin orta dəyəri 2 050 manat səviyyəsindədir. Həmin seqmentdə qiymətlər illik müqayisədə 7 % yüksəlib, satışın baş tutma müddəti isə orta hesabla 45-60 gün intervalında dəyişir. Endirim səviyyəsinin 3-5 % olması ilə bu seqment bazarın ən likvid hissəsi kimi dəyərləndirilir.

Genişlənmə zonalarında qiymət diapazonu 1 700-2 200 manat arasında formalaşıb. Bu ərazilərdə bahalaşma tempi 9-10 % həddindədir. Lakin satışın reallaşma müddətinin 60-90 gün, diskontun isə 5-7 % təşkil etməsi səbəbindən bu seqmentdə likvidlik orta səviyyə kimi qiymətləndirilir.

Premium zonalarda median qiymət göstəricisi 3 600-4 200 manat aralığındadır. Bahalaşma tempi nisbətən zəifdir – cəmi 2-3 % civarındadır. Bu seqmentdə satış müddəti 110-150 günə çatır, endirim isə 7-10 % həddindədir ki, bu da likvidliyin aşağı olduğuna işarə edir.

Köhnə tikili bazarında median qiymət 2 150 manat ətrafında formalaşıb. Bu seqmentdə qiymət artımı 3-4 %, satış müddəti 60-80 gün, endirim səviyyəsi isə 5-6 % təşkil edir. AQP-də hesab edirlər ki, likvidlik burada orta həddə qalmaqda davam edir.

Palatadan bildirilib ki, torpaq bazarında likvidlik ən aşağı göstəricidədir. 1 sot torpağın dəyəri 120-180 manat intervalında dəyişir. Qiymət artım tempinin 9-11 % olmasına baxmayaraq, satış müddətinin 90-180 gün, diskontun isə 10-20 % təşkil etməsi alqı-satqı əməliyyatlarının bu sahədə daha çətin həyata keçirildiyini sübut edir.

"Ümumi mənzərəyə nəzər saldıqda, daha münasib qiymətə malik və geniş alıcı auditoriyasına hesablanmış seqmentlər sürətli dövriyyə ilə fərqlənir. Yüksək büdcə tələb edən seqmentlər və torpaq bazarı isə uzun satış dövrü ilə səciyyələnir", - AQP qeyd edir,

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 Все новости