Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı

Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
24.09.2025 10:29 İqtisadiyyat

Sentyabrın 24-də ABŞ fond bazarlarında əsas indekslərdə azalma müşahidə olunub.

TodayPress TV xəbər verir ki, Dow Jones indeksi 0,19% azalaraq 46 292,78 bəndə, S&P 500 indeksi 0,55% azalaraq 6 656,92 bəndə, Nasdaq indeksi isə 0,95% azalaraq 22 573,47 bənd təşkil edib.

Həmçinin, S&P/TSX Composite indeksi 0,48% geriləyib. Yeganə artım göstərən NYSE Composite indeksi olub və 0,03% yüksələrək 21 548,21 bəndə çatıb.

Avropa birjalarında isə əsas indekslər müsbət dinamika nümayiş etdirib. Euro Stoxx 50 indeksi 0,56% artaraq 5 472,39 bənd, Almaniyanın DAX indeksi 0,36% artaraq 23 611,83 bənd, Fransanın CAC 40 indeksi 0,54% artaraq 7 872,02 bənd, İspaniyanın IBEX 35 indeksi isə 0,50% artaraq 15 158,20 bənd olub. Yalnız Böyük Britaniyanın FTSE 100 indeksi 0,04% azalaraq 9 223,32 bənd səviyyəsində bağlanıb.

Analitiklərin qiymətləndirməsinə görə, ABŞ birjalarında enişə inflyasiya göstəriciləri və Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı gözləntilər təsir edib. Avropada isə iqtisadi artım perspektivlərinə dair nikbinlik və enerji bazarlarında sabitlik əsas indekslərin yüksəlişinə səbəb olub.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Bütün Xəbərlər