"Bitcoin"in qiyməti 65 min dollardan aşağı endi

"Bitcoin"in qiyməti 65 min dollardan aşağı endi
23.02.2026 10:18

Kriptovalyuta bazarında eniş dərinləşir, “qorxu” indeksi 14 bəndə düşüb.

TodayPress TV CoinMarketCap platformasına istinadən xəbər verir ki, kriptovalyuta bazarında satış təzyiqi davam edir. Məlumata görə, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 4,33% azalaraq 2,23 trilyon ABŞ dollarına enib.

Bazarın aparıcı aktivi olan "Bitcoin"in qiyməti 4,61% azalaraq 64 849 ABŞ dollarına düşüb. Ethereum isə 5,72% dəyər itirərək 1 860 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Digər əsas altkoinlərdə də eniş qeydə alınıb. BNB 5,40% azalma ilə 587 ABŞ dollarına, Bitcoin Cash 5,04% azalma ilə 539 ABŞ dollarına, Monero 4,11% azalma ilə 310 ABŞ dollarına, Zcash 6,96% azalma ilə 238 ABŞ dollarına, Bittensor (TAO) 7,07% azalma ilə 165 ABŞ dollarına enib.

Bazarın ümumi dinamikasını əks etdirən CMC20 indeksi də 4,91% azalaraq 133,15 bənd təşkil edib.

Eyni zamanda, investor əhval-ruhiyyəsini ölçən Fear & Greed (Qorxu və Risk iştahı) indeksi 14 bənd səviyyəsində qərarlaşıb ki, bu da bazarda kəskin “qorxu” mərhələsinin davam etdiyini göstərir.

Bununla yanaşı, qızıl ilə təmin olunan tokenlərdə artım müşahidə olunur. PAX Gold (PAXG) və Tether Gold (XAUt) müvafiq olaraq 0,96% və 0,99% artım nümayiş etdirib. Bu dinamika investorların riskli aktivlərdən çıxaraq daha sabit alətlərə yönəldiyini göstərir.

Analitiklər hesab edir ki, hazırkı eniş fonunda bazarda qısa müddətli volatillik yüksək olaraq qalacaq.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Все новости