Azərbaycan daha bir ölkədən quzu əti idxal etməyə başladı

Azərbaycan daha bir ölkədən quzu əti idxal etməyə başladı
16.02.2026 14:18

Ötən il Azərbaycan 1,31 milyon ABŞ dolları dəyərində 324,71 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 9,3 %, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,8 dəfə çox) 324,53 ton (+5,8 dəfə), Yeni Zelandiyadan 3,89 min ABŞ dolları dəyərində (-67 %) 0,09 ton (-76 %), Belçikadan 2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,06 ton (+20 %), Avstraliyadan 1,64 min ABŞ dolları dəyərində (+27 dəfə) 0,03 ton (+3 dəfə) və Yaponiyadan 0,06 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq tədarük Yaponiyadan həyata keçirilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 103 ton quzu ətinin 54 %-i Monqolustanın payına düşüb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Все новости