ABŞ və Avropa fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı

ABŞ və Avropa fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
07.08.2025 09:30 İqtisadiyyat

Avqustun 6-da ABŞ və Avropa fond bazarlarında əsas indekslər üzrə artım müşahidə olunub.

TodayPress TV fond bazarlarına istinadən xəbər verir ki, ABŞ-da Nasdaq Composite indeksi 1,21% artaraq 21 169,43 bəndə yüksəlib. S&P 500 indeksi 0,73% artaraq 6 345,06 bənd, Dow Jones Industrial Average isə 0,18% artaraq 44 193,12 bənd təşkil edib.

NYSE Composite indeksi 0,16% artaraq 20 489,05 bənd, Kanadanın S&P/TSX Composite indeksi isə 1,27% artımla 27 920,87 bənd səviyyəsinə çatıb.

Avropa fond bazarlarında da müsbət tendensiya davam edib. Almaniyanın DAX indeksi 0,33% artaraq 23 924,36 bəndə, İspaniyanın IBEX 35 indeksi 0,90% artaraq 14 536,60 bəndə yüksəlib. Böyük Britaniyanın FTSE 100 indeksi 0,24% artaraq 9 164,31 bənd, Euro Stoxx 50 indeksi 0,26% artaraq 5 263,29 bənd, Fransanın CAC 40 indeksi isə 0,18% artaraq 7 635,03 bənd təşkil edib.

Analitiklər buna əsas səbəbi kimi investorların ABŞ-da əmək bazarının sabitliyi və texnologiya sektorunda gəlirlərin güclü artımı fonunda riskli aktivlərə marağının artmasını göstərirlər. Eyni zamanda, Avropada inflyasiyanın nəzarətə alınması və iqtisadi tənəzzül risklərinin nisbətən azalması da indekslərə müsbət təsir edib.

XƏBƏR LENTİ
16 IYUN 2026
Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Bütün Xəbərlər