COP29-un Sədri Belemdə Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq təcrübəsini bölüşdü

COP29-un Sədri Belemdə Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq təcrübəsini bölüşdü
16.11.2025 09:35 COP

COP29 Sədrliyi tərəfindən irəli sürülən “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik” təşəbbüsü çərçivəsində Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim sammitində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev Azərbaycanın yaşıl enerji keçidi və regional əməkdaşlıq sahəsində təcrübəsini bölüşüb.

TodayPress TV xəbər verir ki, tədbirdə çıxış edən Muxtar Babayev bu təşəbbüsə artıq 70-ə yaxın ölkənin qoşulduğunu bildirib. “Azərbaycanın milli səviyyədə gördüyü tədbirlər və regional təşəbbüsləri bu qlobal təşəbbüsün məqsədlərinə birbaşa töhfə verir. Ölkəmiz hazırda yaşıl enerji ötürülməsi üzrə mühüm regional mərkəzə çevrilir. Ölkənin iştirakı ilə dörd regional yaşıl enerji dəhlizi layihəsi həyata keçirilir. Onlardan biri olan “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizi layihəsi Qazaxıstan və Özbəkistanın elektrik şəbəkələrini Xəzər dənizinin dibi ilə çəkiləcək yüksək gərginlikli kabel vasitəsilə Azərbaycanın şəbəkəsinə birləşdirəcək. Bu layihə vasitəsilə regionun yaşıl enerjisinin Avropa bazarlarına ixracı nəzərdə tutulur.

Həmçinin 2027-ci ilin sonuna qədər Azərbaycan milli enerji sisteminə təxminən 2 qiqavat (GW) bərpaolunan enerji gücünü inteqrasiya etməyi planlaşdırır. Bunun üçün enerji şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji mənbələrinin effektiv inteqrasiyası istiqamətində kompleks təhlillər aparılıb və hədəflənmiş addımlar atılır.

Azərbaycanın enerji şəbəkəsinin modernləşdirilməsi məqsədilə Energetika Nazirliyi beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın ötürücü enerji şəbəkəsinin təhlilinin aparılması üçün Anlaşma Memorandumu imzalayıb. Bu təşəbbüs Azərbaycanda bərpaolunan enerji istehsalının artımını dəstəkləyəcək və ölkənin regional enerji ixracatçısı rolunu gücləndirəcək”, - deyə Muxtar Babayev diqqətə çatdırıb.

Həmçinin, COP29 Sədri bildirilib ki, “DIgSILENT” platforması vasitəsilə statik və dinamik enerji şəbəkəsi modelləri yaradılacaq və real əməliyyat ssenarilərinə uyğun test olunacaq. Paralel olaraq, 2040-cı ilə qədər elektrik enerjisi tələbatına dair uzunmüddətli proqnozlar “Plexos” simulyasiya platforması üzərindən həyata keçiriləcək.

“Yenilənən enerji mənbələrinin böyük həcmdə inteqrasiyasını dəstəkləmək üçün ölkədə iki batareya enerjisaxlanma sisteminin quraşdırılması planlaşdırılır. Ümumi gücü 250 meqavat (MW), saxlanma həcmi isə 500 meqavat-saat (MWh) olan bu sistemlər 2 qiqavatlıq bərpaolunan enerji gücünün şəbəkəyə sabit inteqrasiyasını təmin edəcək. Bu istiqamətdə tender artıq başa çatıb və quraşdırma işləri davam edir”, - deyə Muxtar Babayev əlavə edib.

M.Babayev vurğulayıb ki, “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik” təşəbbüsü enerji sistemində çeviklik, dayanıqlıq və karbon emissiyasının azaldılması üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan bu təşəbbüsün məqsədləri ilə tam şəkildə uzlaşan uzunmüddətli enerji strategiyası həyata keçirir və yaşıl enerji keçidinin həm davamlı, həm də inklüziv olmasına çalışır.

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Все новости