Belarusun Müstəqillik Günü Bakıda qeyd olundu

Belarusun Müstəqillik Günü Bakıda qeyd olundu
30.06.2026 22:13 COP

Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və Belarusun dövlət himnləri səsləndirilib.

Daha sonra Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç çıxış edərək ölkəsinin Müstəqillik Günü münasibətilə qonaqları salamlayıb.

Səfir Belarus ilə Azərbaycan arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O bildirib ki, iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və regional təmaslar ildən-ilə genişlənir. Dmitri Pineviç, həmçinin Belarusun turizm potensialından, tibbi və sənaye turizmi imkanlarından danışaraq qonaqları ölkəsini ziyarət etməyə dəvət edib.

Tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov isə Azərbaycan ilə Belarus arasında dostluq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun siyasi iradəsi sayəsində ikitərəfli əməkdaşlıq bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Samir Şərifov, həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye kooperasiyası və Qarabağın bərpası çərçivəsində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan hökumətinin rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər və iş adamları iştirak ediblər.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июля 2026
Bir dövr başa çatdı: Finlandiya stasionar telefonlarla vidalaşır 22:39 Nəbih Berri: İsraillə sülh sazişinin qəbuluna imkan verməyəcəyik 23:23 UEFA “Fənərbaxça”nı cərimələdi 21:52 Venesuelada ölənlərin son sayı açıqlandı 23:16 Bu ölkələr "Hizbullah"ın maliyyə şəbəkəsinə sanksiyalar tətbiq etdi 22:32 DÇ-2026: Norveç tarixində ilk dəfə 1/8-ə çıxdı 23:02 Əli Xamenei ilə vida mərasiminə son hazırlıqlar - VİDEO 22:59 Ali Məhkəmə Trampın fərmanını rədd etdi 22:36 Rusiya XİN: ABŞ-nin Ukraynadakı hərbi-bioloji fəaliyyətinə xüsusi diqqət yetirildi 22:41 İsrailin “erməni soyqırımı” qərarına Ərdoğanın mükəmməl cavabı 22:25 Moskva vilayətində raket xəbərdarlığı elan edildi 22:28 Belarusun Müstəqillik Günü Bakıda qeyd olundu 22:13 Avropa çempionatı: Azərbaycanın cüdo millisi medallarının sayını yeddiyə çatdırdı 21:49 "Google" məhkəmədə uduzdu, media qrupları milyonlar qazandı 21:24 Rus dilinə növbəti qadağa - Siyahıdan çıxarırlar 20:48 Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə etdilər - YENİLƏNİB 21:20 Venesuelada zəlzələnin acı fəsadları - Yarım milyon insan ac qala bilər... 21:15 ABŞ NATO ölkələrindən hesabat tələb edir 20:56 Bu ərazilərdə QAZ olmayacaq 20:43 Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşdü 21:03 Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR 20:26 Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır 20:46 "Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub oldu 20:40 Türkmənistan Azərbaycanın hədiyyəsini belə qarşıladı - VİDEO 20:36 Litva ölkə tarixində ən gənc Baş nazirini SEÇDİ 20:14 Все новости