Zamanın TƏLƏBİ: TDT dövlətlərinin birgə hərbi təlimləri gündəmdə...

Zamanın TƏLƏBİ: TDT dövlətlərinin birgə hərbi təlimləri gündəmdə...
06.01.2026 16:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimlər keçirməsinin vacibliyini vurğulayaraq, “Hesab edirəm ki, TDT-nin birgə hərbi təlimlərinin keçirilməsinə ehtiyac var”, – deyə bildirib.

Bəs Azərbaycanın da üzv olduğu TDT-yə daxil olan dövlətlərin birgə hərbi təlimlər keçirməsi  ölkəmiz və təşkilat üçün hansı əhəmiyyəti daşıyır?

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev bu barədə TodayPress TV-yə danışıb.


O vurğulayıb ki, dövlət başçısının bu təklifi həm üzv ölkələrin milli maraqları, həm də regional və qlobal təhlükəsizlik problemlərinin həlli baxımından olduqca aktual və uğurlu platformadır.   

Onun sözlərinə görə, hazırda dünyada baş verən müharibələr, silahlı münaqişələr və döyüş əməliyyatları bir daha göstərir ki, təhlükəsizlik problemi qlobal gündəmin əsas mövzusu olaraq qalır. Eyni zamanda, bu münaqişələrin bir qismi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sərhədlərindən uzaqda olmadığına görə, əlavə risklər yaradır. 

"TDT-yə üzv dövlətlərin hərbi hissə və birləşmələrinin birgə təlimləri həmin ölkələrin mövcud və potensial təhdidlərə qarşı koordinasiyalı, sinxronlaşdırılmış və uzlaşdırılmış fəaliyyətini təmin edəcək. Bu isə bütün üzv dövlətlərin təhlükəsizlik maraqlarına tam uyğundur".  

Ədalət Verdiyevin fikrincə, birgə hərbi təlimlər eyni zamanda TDT-yə üzv ölkələr arasında qərargahların qarşılıqlı fəaliyyətini gücləndirəcək, hərbi planlaşdırma, idarəetmə və əməliyyat təcrübəsinin paylaşılması üçün geniş imkanlar yaradacaq. Bu amil təşkilat daxilində hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edəcək.  

Nicat Osman

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Все новости