Azərbaycan və NATO əlaqələri güclənir!

Azərbaycan və NATO əlaqələri güclənir!
12.12.2025 13:43

Son zamanlar Azərbaycan və NATO nümayəndə heyətləri arasında müntəzəm görüşlər keçirilir.

Maraqlıdır, bu görüşlər Azərbaycan və NATO əlaqələrinin güclənməsinə necə təsir edəcək? 

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Azərbaycan və NATO əlaqələrinin güclənməsi ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Silahlı Qüvvələrin hərbi potensialına da müsbət təsir göstərəcək.


Onun sözlərinə görə, Azərbaycan ilə NATO arasındakı əməkdaşlığın tarixi kifayət qədər uzunmüddətlidir. 

"1994-cü ildən başlayaraq ölkəmiz NATO ilə bir çox proqramlarda yaxından əməkdaşlıq edib. Azərbaycan dəfələrlə NATO-nun sülhə dəstək əməliyyatlarına əhəmiyyətli töhfə verib, alyansın müttəfiq və tərəfdaşları ilə əməkdaşlıq edərək, enerji təhlükəsizliyinin təmin olunmasında da önəmli rol oynayıb. Ümumiyyətlə, Azərbaycan bütün bu proqramlar və layihələr çərçivəsində NATO-nun ən etibarlı tərəfdaşlarından biri kimi tanınır".

Ekspert vurğulayıb ki, Azərbaycan ilə NATO arasındakı əlaqələr ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə dialoq və əməkdaşlığı əhatə edir. Buraya həm qlobal, həm də regional təhlükəsizlik məsələləri daxildir.

"Əldə edilən qələbələr və regionda yaranan yeni reallıqlar fonunda Azərbaycanın beynəlxalq nüfuzu kifayət qədər artıb. Bu münasibətlərin inkişaf etdirilməsi Silahlı Qüvvələrin hərbi potensialına müsbət təsir göstərəcək. Digər tərəfdən, NATO ilə əməkdaşlıq mövcud təhlükəsizlik təhdidləri ilə mübarizə, humanitar sahələrdə və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq"- deyə Ə.Verdiyev fikrini yekunlaşdırıb.

Xatırladaq ki,  son olaraq dekabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “16-cı NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini, Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı müdafiə naziri Azərbaycan–NATO əlaqələrinin peşəkar hərbi kadrların inkişafına verdiyi töhfələri, həmçinin Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində ölkəmizin əlavə qüvvələrin Ortaq Qüvvələr Birliyinə bəyan edilməsini vurğulayıb. 

Nicat Osman

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости