Zərurətdən doğan ehtiyac: Çin Rusiya ilə bağlı nə planlayır?

Zərurətdən doğan ehtiyac: Çin Rusiya ilə bağlı nə planlayır?
26.11.2025 14:58

Pekin Hərbi Tədqiqatlar institutunun direktoru Cjou Esan Rusiya-Çin münasibətləri ilə bağlı çıxış edib.

O bildirib ki, iki dövlətin bir-birinə ehtiyacı var: 

“Biz rusları inandırmalıyıq ki, bizim bir-birimizə ehtiyacımız var. Rusiyanın Qərb blokuna qayıtması Çin üçün arzuolunmaz bir vəziyyətdir. Çin lazım gələrsə, Rusiyaya müəyyən təşviq edici güzəştlər və mükafatlar belə təqdim etməlidir. Asiya-Sakit okean və Tayvan ətrafında istənilən gərginlikdə bizim Rusiyanın hava məkanına, ərazisinə, xammalına ehtiyacımız olacaq”.   


Sual yaranır: Çinin həqiqətən Rusiyaya bu qədər ehtiyacı var? Nəzərdə tutulan "təşviq edici güzəştlər və mükafatlar" nələrdir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Çin iqtisadi imperiyası bu günə qədər baş verən əksər münaqişələrin qazanan tərəfidir:


“ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından dərhal sonra Çin "Taliban" hökumətinə humanitar yardım göstərdi və siyasi-iqtisadi əlaqələr quran ilk ölkə oldu. Burada əsas məqsəd on illərlə davam edən hərbi münaqişə fonunda az qala unudulan təbii resursların hasilatında əsas tərəf kimi çıxış etmək idi. Çin Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq münasibətlərində müxtəlif sahələrə davamlı kreditlər verən və yatırımlar qoyan tərəfdaşdır. Elə Mərkəzi Asiya ölkəsi yoxdur ki, Çinə milyardlarla dollar borclu olmasın. Afrikada bir-birinin ardınca baş verən hakimiyyət dəyişikliklərindən sonra hazırda həmin coğrafiyada olan üç ölkədən biri məhz Çindir”.  


Ekspertin sözlərinə görə, Çin diplomatiyasını o qədər məharətlə icra edir ki, onun pərdəarxası məqsədləri açıq şəkildə görünmür:

"Burada Qərbin koloniya siyasətindən tam fərqli olaraq, qazan-qazan prinsipi həyata keçirilir. Bu kimi misalları davam etdirmək olar. Lakin konkret sualın cavabına gəldikdə, Çin avtoritarizmin qalası olan Rusiyanın nə süqutunu, nə də mövcud siyasətinin dəyişməsini istəyir. Çünki Rusiya ilə Çinin idarəçilik prinsipləri demək olar ki, bir-birinə yaxındır. Rusiyanın neoimperaialist siyasəti Çinin işinə çox yarayır. Rusiya “öz prinsipləri” uğrunda döyüşərkən Çin “dostunun” bu siyasətindən milyardlarla dollar qazanc əldə edir.


Çin bu gün Rusiya neftini ən aşağı qiymətlərlə alan alıcıdır. Əslində, bu təktərəfli alış-satış prosesi də deyil: Çin Rusiyadan aldığı neftin 80%-nin ödənişini öz məhsullarını satmaqla həyata keçirir ki, bu da iqtisadi münasibətdə ikiqat qazanc deməkdir. Digər tərəfdən, Rusiyanın aqressiv güc nümayişinə paralel olaraq Çin yumşaq gücdən istifadə edir ki, bu da hərbi rezervlərinin qorunmasına xidmət edir. Təsadüfi deyil ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp: “Çin iki-üç ilə hərbi imkanlar baxımından ABŞ-yə çatacaq”, – deyə narahatlığını ifadə etmişdi".

Politoloq izah edib ki, Rusiyanın Qərb orbitinə qayıtması Çin üçün ən arzuolunmaz vəziyyətdir:

"Bunun acı təcrübəsini Çin 2008-ci ilə qədərki Rusiyanın siyasətində görüb. O vaxt Putin: “Rusiyanın NATO üzvü olmasında problem yoxdur”, – deyirdi. Rusiyanın Qərb orbitinə daxil olması Çinin zərbə müstəvisinə çıxması deməkdir. Məhz bu baxımdan Çin özünü Rusiyaya yaxın siyasət yürüdən tərəfdaş kimi göstərməyə çalışır. Halbuki Rusiya–Ukrayna münaqişəsi başlayandan bu günə qədər Çin Rusiyanın mövqeyini birmənalı dəstəkləmədi və həmişə ehtiyatlı mövqe nümayiş etdirdi. Çin rəsmisinin hər hansı münaqişə kontekstində “bizim Rusiyanın ərazisinə və xammalına ehtiyacımız olacaq” mesajı təsadüfi deyil. Əvvəla, Çin uzun müddətdir ki, hərbi qarşıdurmalardan uzaq durmağa çalışır. Tayvana zaman-zaman əzələ nümayişi göstərmək istisna olmaqla, Çin yaxın müddətdə qaynar münaqişə ehtimalından uzaq duracaq".


Bakir Həsənbəyli Çinin dünyanın yenidən bölüşdürülməsində iqtisadi amilin böyük rol oynadığını yaxşı anladığını qeyd edib. Onun sözlərinə görə, Çin ABŞ-nin bu istiqamətdə hərəkətlənməsini həssaslıqla izləyir:

"Rusiya bu prosesdə zəif bənd statusuna yaxındır. Lakin Rusiyanın zəif bənd olması ABŞ-nin siyasi maraqlarına ziddir, çünki ABŞ-də mərkəzdənqaçma problemi ehtimalı yüksəkdir. Çin isə tam əksini düşünür: iqtisadi imperiyanın daha güclü olması bölgüdə böyük pay deməkdir. Çin Rusiyanı yanına almaqla bu payı daha asanlıqla əldə etməyi hədəfləyir. Məhz buna görə də Çin Rusiyaya şirnikləndirici vədlər verir. Bilir ki, bu gün Rusiya bütün iddialarına rəğmən Çinə möhtacdır".

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Все новости