Zelenskinin Azərbaycan səfərinə rus mediasında ikili yanaşma: İddialar və Bakının mövqeyi

Zelenskinin Azərbaycan səfərinə rus mediasında ikili yanaşma: İddialar və Bakının mövqeyi
26.04.2026 14:23

"Rusiya Ukraynaya qarşı işğalçı müharibə apardığına görə Volodimir Zelenskinin xarici ölkələrə səfərlərini demək olar ki, lupa ilə izləyir, onun müxtəlif ölkələrlə əldə etdiyi razılaşmaların təhlilini aparırlar"


TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu "Facebook" hesabında yazıb.

Onun müşahidələrinə əsasən,  Rusiya mediasında  Zelenskinin Azərbaycana səfərinə iki cür yanaşılır: "Rusiya mediasının bir hissəsi sadəcə Zelenskinin səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə əldə edilən razılaşmalar barədə xəbərlər yayımlayıb. Digər hissə isə Ukrayna–Azərbaycan əməkdaşlığının guya Rusiya əleyhinə yönəldiyini iddia edib. Saytlardan birində hətta “Azərbaycan Rusiyaya arxadan zərbə vurdu” ifadəsinə də rast gəldim. Kimin kimə arxadan zərbə vurduğunu 2014-cü ildə Azərbaycanın mülki təyyarəsinin Rusiyanın hava məkanında raketlə vurulması və vətəndaşlarımızın həlak olması açıq şəkildə göstərir. Rusiya tərəfdən yüksək səviyyədə verilən vədlərə baxmayaraq, ölənlərin ailələrinə və yaralılara təzminat hələ də ödənilməyib". 

Analitik qeyd edib ki, Volodimir Zelenskinin İlham Əliyevlə birgə mətbuat konfransında “Ukrayna və Rusiya nümayəndələri arasında növbəti görüşün Azərbaycanda keçirilməsini təklif edirəm” bəyanatına da şimal qonşumuzdan ikili reaksiya var: 

"Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov danışıqların Azərbaycanda keçirilməsini mümkün hesab edib. Onun həmkarı, Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə görüşün Azərbaycanda keçirilməsinin əleyhinə olduğunu bildirib. Erməni radikallarla işbirliyi içində olan Zatulindən başqa reaksiya gözləmək təəccüblü olmazdı. Həmin komitənin digər sədr müavini Viktor Volodatski də Zatulinlə eyni mövqedən çıxış edib".

Politoloq bildirib ki,  Rusiya mediası Rusiya və Ukrayna təmsilçilərinin Bakıda görüşünün təşkilinin Azərbaycanın xarici siyasətinin əsas hədəflərindən olduğunu zənn edir:

"Bu, Zelenskinin təklifidir. Ukrayna Prezidenti Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə istinad edərək görüş yeri kimi ölkəmizi təklif edib. Bizim belə bir təcrübəmiz var: vaxtilə Türkiyə və İsrail arasında danışıqlar Bakıda aparılıb, elə Rusiya Baş Qərargahının rəisi də vaxtilə NATO komandanlığı ilə bir neçə dəfə paytaxtımızda görüşüb. Aydındır ki, Moskva Ukrayna təmsilçiləri ilə görüşün Azərbaycan ərazisində keçirilməsinə tərəfdar olmayacaqsa, mümkün görüş başqa ölkədə keçiriləcək. Bu, bizim üçün problem deyil, təki müharibəyə son qoyulsun".

Elxan Şahinoğlu Rusiyanın bəzi dairələrində səslənən “Azərbaycan niyə Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək istəyir” sualına cavab verib: 

"Bu bizim daxili işimizdir. Azərbaycanın müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib, müdafiə gücümüzün artırılmasına xidmət edir. Rusiyanın siyasi dairələrində hələ də bunu anlamaq istəməyənlər varsa, bu onların öz işidir. Biz isə dost və tərəfdaş dövlətlərlə müdafiə və hərbi gücümüzü artıracaq layihələrdə iştirakımızı davam etdirməliyik".

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Все новости