Zelenski diplomatik dalanda: Sülhün bədəli Ukraynanın torpaqları olacaq?

Zelenski diplomatik dalanda: Sülhün bədəli Ukraynanın torpaqları olacaq?
21.10.2025 09:16 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Tərəflər diplomatik əlaqələrin gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması məsələlərini müzakirə edib, o cümlədən yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər.

Bundan əvvəl isə oktyabrın 17-də Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

Görüşdə Ukraynanın “Tomaqavk” raketləri ilə təmin edilməsi məsələsi gündəmə gəlsə də, Trampın münaqişənin gərginləşməsindən narahatlığı səbəbindən ehtiyatlı yanaşması diqqət çəkib.

Zelenski, həmçinin ABŞ-yə Ukrayna dronları müqabilində raket təklifi irəli sürüb, lakin hələ cavab almayıb.

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən politoloq Abutalıb Səmədov bildirib ki, Zelenskinin Trampla böyük ümidlərlə gözlənilən görüşü arzulanan nəticəni verməyib və uğursuz olub:

"Bunun səbəbi bir gün əvvəl Putinin Trampa zəng etməsi, onların arasında aparılan danışıqlar, Putinin verdiyi təkliflər və Budapeştdə yaxın iki həftə ərzində görüş keçirmək barədə razılığın əldə olunmasıdır. Məlumdur ki, Alyaskada da Trampla Putin arasında müəyyən razılaşmalar olmuşdu və Rusiya dəfələrlə bu razılaşmalara sadiq olduğunu bəyan edib. Bu şəraitdə Zelenski çox təəssüf ki, Trampın təcili müharibəni qurtarmaq istədiyi və bunun yolunu Rusiyanı dilə tutmaqda, müəyyən güzəştlərə razı salmaqda gördüyünü nəzərə almalıdır".

Ekspert danışıqların Ukraynanın xeyrinə olmadığını vurğulayıb:

"Son razılaşmaya görə, Ukrayna Dombası bütünlükdə Rusiyaya verməlidir və bunun qarşılığında Rusiya Xerson və Zaporojye vilayətlərindən imtina edə biləcəyini bildirib. Danışıqlardan əvvəl Trampın xüsusi nümayəndəsi Zelenski ilə görüşdə tələb edib ki, Ukrayna ərazi mübadiləsinə razılıq versin. Danışıqlar ərazi mübadiləsi nəticəsində müharibəni dayandırmaq və sülh sazişini imzalamaq əsasında aparılır. Burada Ukrayna neytrallığı barədə təminat verməli, NATO üzvü olmayacağını bəyan etməli və Putin ilə Trampın təklif etdiyi ərazi mübadiləsini qəbul etməlidir".

Analitikin qeyd edib ki, Fransanın Ukraynaya ciddi dəstəyi yoxdur:

"Digər müzakirə mövzularına isə rus dilinin Ukraynada statusu, Ukrayna ordusunun gələcəyi, təhlükəsizlik təminatı, sülhməramlı qüvvələr və s. daxildir. Makronun Zelenskiyə ciddi yardımı yoxdur və Fransa Ukraynaya ən az yardım edən dövlətlərdən biridir. Zelenski də anlayır ki, hərbi yolla torpaqlarını azad etmək şansı demək olar ki, qalmayıb. Trampla görüşdən sonra Zelenski bəyan edib ki, ərazilərdən imtina nə qədər ağır olsa da, belə bir addım atılmalıdır".

O, həmçinin əlavə edib ki, Zelenski sülhə məcbur ediləcək:

"Zelenskinin yetirdiyi yanlış siyasət son nəticədə bu vəziyyətə gətirib çıxarıb. Raketlərin yaxın vaxtlarda verilməsi mümkün deyil, ABŞ Ukraynaya ciddi hərbi yardım göstərmək fikrində deyil və nəyin bahasına olursa olsun, Zelenskini sülhə məcbur etmək istəyir. Budapeştdə Putinlə əldə olunan razılaşmanın Zelenskiyə qəbul etdirilməsi gözlənilir və o, başqa çarəsi olmadığı üçün müəyyən güzəştlərə getmək məcburiyyətində qalacaq".

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Zelenski diplomatik dalanda: Sülhün bədəli Ukraynanın torpaqları olacaq? — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Bütün Xəbərlər