Yeni TƏKLİFLƏR PAKETİ: Kompromis, yoxsa savaş?

Yeni TƏKLİFLƏR PAKETİ: Kompromis, yoxsa savaş?
23.02.2026 18:28

İran ABŞ-yə yeni təkliflər paketi təqdim edib. Təkliflər nüvə proqramı, beynəlxalq nəzarət mexanizmləri, eləcə də enerji və strateji sektorlar üzrə əməkdaşlığı əhatə edir. 


İran uranın zənginləşdirilməsini ilkin mərhələdə 0%-ə, daha sonra isə baza olaraq 1.5% həddinə endirməyə hazır olduğunu bildirir. Eyni zamanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) nüvə obyektlərinə giriş icazəsi verməyə razıdır və region dövlətlərinin iştirakı ilə İranın nüvə proqramına nəzarət edəcək regional və beynəlxalq konsorsiumun yaradılmasını təklif edir. İran ABŞ-nin monitorinq fəaliyyətinə etiraz etmir.

Bununla yanaşı İran tərəfi neft və qaz obyektlərində ABŞ şirkətlərinin iştirak etməsinə, nadir metallar və mis sektorunda ABŞ ilə əməkdaşlığa açıq olduğunu bildirir. İran yazılı şəkildə nüvə silahı əldə etməyəcəyinə və heç kimə hücum etməyəcəyinə dair öhdəlik götürməyə hazırdır. Lakin ballistik raket istehsalı və dinc məqsədli nüvə zənginləşdirilməsi hüququnun tanınmasını tələb edir.

Maraqlıdır, bu təkliflər ABŞ-ni qane edəcəkmi?

İSRAİLLƏ MƏSLƏHƏTLƏŞMƏLƏR...

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov ABŞ-nin İrana qarşı münasibətdə İsraillə məsləhətləşmələr əsasında hərəkət etdiyini bildirib.


Onun sözlərinə görə, Ağ Ev təkcə öz maraqları çərçivəsində deyil, müttəfiqi olan İsrailin də maraqlarını nəzərə alaraq çıxış edir:

“Təl-Əviv ümumiyyətlə Tehran rejimini dəyişmək, onun hərbi və siyasi imkanlarını məhdudlaşdırmaq istəyir. Ona görə də İranın təkliflərinə ABŞ Prezidenti Donald Trampın necə reaksiya verəcəyi həm də İsrailin Baş naziri Benyamin Netanyahunun mövqeyindən asılı olacaq. Bununla belə İranın razılaşma üçün masaya qoyduğu sövdələşmələr ABŞ üçün qəbul edilə bilər. Məhz Vaşinqtonun istəyi də nüvənin zənginləşdirilməsinə hədd qoyulması, nəzarət və monitorinq mexanizmlərinin tətbiqi, təbii resurslara əlçatanlığın təmin edilməsidir. Qalır raket texnologiyasının təkmilləşdirilməsi məsələsi; bunun da İranın zəmanət verəcəyi halda müzakirə edilməsi mümkündür”.

ZƏMANƏTLƏR GÖTÜRMƏLİDİR 

Ekspertin fikrincə, belə olan halda Tehran İsrailə hər hansı təhlükə yaratmayacağı barədə öhdəliklər və yazılı zəmanətlər götürməlidir. Bu, şərt kimi irəli sürülə bilər:


“Yəqin ki, bütün bunlar detallı şəkildə növbəti təmaslarda müzakirəyə çıxarılacaq. İran vaxt udmaq üçün deyil, həqiqətən də real diplomatik xətt tutursa, müharibədən qaçmaq mümkün olar. Tehranın ABŞ qarşısında qoyduğu şərtlərdən biri də tətbiq edilən sanksiyaların paralel şəkildə aradan qaldırılmasıdır. Məncə, tərəflərin hər biri silahlı toqquşmanın ağır nəticələrini anlayır və qarşılıqlı kompromissiz buna nail olmaq mümkün deyil”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Все новости