Xəzərdə SULAR BULANDI: "Orta Dəhliz" təhlükəyə atılır?

Xəzərdə SULAR BULANDI: "Orta Dəhliz" təhlükəyə atılır?
01.04.2026 16:52

İsrailin İranın Xəzər dənizindəki strateji Bəndər Ənzəli limanına endirdiyi zərbə regionda hərbi-siyasi suları bulandırıb. 


Təsdiqlənmiş peyk görüntüləri və videofaktlar limandakı dəniz bazası, hərbi gəmilər, komanda mərkəzi və təmir zavodu daxil olmaqla, liman infrastrukturuna ciddi zərər dəydiyini təsdiqləyir.

Bəndər Ənzəli Xəzər dənizi üzərindən keçən və ABŞ-nin Qafqaz strategiyasının əsasını təşkil edən “Orta dəhliz” layihəsinin ən mühüm halqalarından biridir. İranla artan müharibə riski səbəbindən Xəzərdə nəqliyyat əlaqələrinin kəsilməsi bu qlobal layihəni uzunmüddətli təhlükə ilə üz-üzə qoyur.

Rusiya tərəfi isə baş verənlərə kəskin reaksiya verərək bunu "məsuliyyətsiz addım" kimi qiymətləndirib. XİN sözçüsü Mariya Zaxarova bildirib ki, bu cür hərəkətlər Xəzəryanı dövlətləri hərbi münaqişəyə cəlb etmək riski yaradır. 


Kremlə yaxın media isə 2018-ci il Akta Konvensiyasına istinad edərək, Rusiyanın Xəzər üzərində uçuşlar və dəniz nəzarəti ilə bağlı sərt tədbirlər görməli olduğunu iddia edir.  

Bəs Rusiya Xəzər dənizində hegemonluq yarada bilərmi? 

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi Xəzər dənizində yaranmış vəziyyət və Rusiyanın baş verənlərə reaksiyasını belə dəyərləndirib:


“Rusiya baş verənlərdən fürsət kimi istifadə etməyə cəhdlər edə bilər, lakin bu, Xəzər dənizində Rusiyanın istədiyini etməsi, yəni hegemonluq qurması anlamına gəlməməlidir. Çünki bu, çox ciddi geosiyasi nəticələr doğura biləcək addım ola bilər və eyni zamanda Rusiyanın özü üçün belə bir davranış siyasi, hərbi və iqtisadi baxımdan yeni problemlər yarada bilər. İranın Bəndər Ənzəli limanı Xəzər dənizində ən mühüm ticarət və logistika nöqtələrindən biridir və İranın Xəzər üzərindən Rusiya ilə əlaqəsinin əsas qovşağıdır. Orta Dəhliz (Transxəzər nəqliyyat marşrutu) üçün isə xüsusi əhəmiyyət daşıyır. Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişdiyi ərazi hesab olunur.

Bu baxımdan, belə strateji əhəmiyyət kəsb edən əraziyə zərbə endirilərsə, bu, ilk növbədə İran-Rusiya logistikasını zəiflədir və Xəzər üzərindən alternativ marşrutların təhlükəsizliyi ilə bağlı risk zonası yaradır. Nəticədə, bu zonada sığorta, daşınma və investisiya ilə bağlı problemlər yaranır.

Amma Orta Dəhlizin əsas yüklərinin Azərbaycan–Gürcüstan–Türkiyə üzərindən daşındığını nəzərə alsaq, Ənzəli limanına edilən zərbələr buranı risk zonasına salsa da, birbaşa iflic etmir”.   

Analitik hüquqi çərçivənin Rusiyanın manevr imkanlarını məhdudlaşdırdığını bildirib:


“2018-ci ildə imzalanmış Aktau Konvensiyası əslində Xəzər dənizinin hüquqi statusunu müəyyən edir və Xəzər dənizi xəzəryanı beş dövlətə məxsusdur. Bura Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan daxildir və Rusiya Xəzər dənizində təkbaşına heç bir halda hansısa addım ata bilməz. Necə ki başqa ölkələrin hərbi donanmasına Xəzər dənizinə daxil olmaq qadağandırsa, eyni zamanda Rusiyanın da, xüsusilə hərbi donanmasının, Xəzərdə digər ölkələrin ərazisində manevr etməsi və ya hegemonluq qurması qadağandır”.

Ekspert Mariya Zaxarovanın açıqlamasını da şərh edib:

“Mariya Zaxarovanın verdiyi bəyanat isə əlbəttə ki, siyasi məqsədlər daşıyır və regionda ABŞ və NATO-nun daha çox irəliləməsinin qarşısını almağa yönəlmiş mesaj kimi qəbul edilə bilər”.  

Ç.Şahbazi əlavə edib ki, regionda güc balansı Rusiyanın dominantlığına imkan vermir:

“Bu baxımdan, Rusiya Xəzərdə hegemonluq qura bilməz, lakin öz təsirini artırmağa çalışacaq. Çünki hüquqi məhdudiyyətlər və Aktau Konvensiyasından irəli gələn qaydalar, yəni kollektiv balans üzərində qurulmuş mexanizmlər Rusiyanın Xəzərdə təkbaşına manevr imkanlarını məhdudlaşdırır. Hətta İran özü də Xəzər dənizində hərbi və siyasi baxımdan ciddi aktordur və Rusiyanın dominantlığını heç bir halda qəbul etməz”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Все новости