Rusiya BU ÖLKƏLƏRİ HƏDƏF ALDI! - Nüvə silahı verilsə…

Rusiya BU ÖLKƏLƏRİ HƏDƏF ALDI! - Nüvə silahı verilsə…
24.02.2026 17:02

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev diqqətçəkən açıqlama verib.


O deyib ki, əgər Ukraynaya nüvə silahı verilsə, Rusiya hədəflərə qarşı qeyri-strateji nüvə silahından istifadə etməyə məcbur qalacaq.

Medvedev bildirib ki, rus kəşfiyyatının Böyük Britaniya və Fransanın Kiyevə nüvə texnologiyaları ötürmək planları barədə məlumatı vəziyyəti köklü şəkildə dəyişir:

“Bu, faktiki olaraq müharibə aparan ölkəyə birbaşa nüvə silahı verilməsi deməkdir”.

Bəs Britaniya və Fransa həqiqətən Ukraynaya nüvə silahı verə bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Samir Hümbətov Medvedevin açıqlamasının iki cür izah oluna biləcəyini deyib:


“Rusiya ya növbəti dəfə Ukraynanı daha şiddətli hava hücumlarına məruz qoymaq niyyətindədir və bunun üçün bəhanə formalaşdırmağa çalışır, ya da həqiqətən də onların əlində kəşfiyyat məlumatları var və Britaniya ilə Fransanın Ukraynaya nüvə texnologiyalarını cəlb etməklə bağlı planları ola bilər.

Mahiyyət etibarilə həm Fransa, həm də Britaniyanın əlində nüvə texnologiyaları var və onları Ukraynaya verə bilərlər. Bir məsələ də var ki, Ukraynanın özünün də SSRİ dövründə nüvə silahı olub. Həmçinin Ukraynanın özünün də nüvə texnologiyaları ilə bağlı materialları olmuş ola bilər, yəni arxivlərdə bunu saxlamış ola bilərlər”.

NÜVƏ SILAHI BU HALDA UKRAYNAYA VERİLƏ BİLƏR…


Ekspert nüvə silahının hansı halda Ukraynaya verilə biləcəyini də açıqlayıb:

“Hesab edirəm ki, indiki halda Fransa ilə Britaniya yalnız o zaman Ukraynaya nüvə silahı verə bilər ki, artıq iş-işdən keçmiş olsun və Rusiya orada ciddi nüvə təhdidi yaratsın. Hər halda verilmə ehtimalı var, amma bunu hansı formada və hansı şərtlər əsasında verəcəkləri sual altındadır. Əgər verərlərsə, Rusiya bundan da istifadə edib Ukraynaya daha çox hücum etməyi planlaya bilər. Medvedevin qeyd etdiyi kimi, “qeyri-strateji nüvə silahından istifadə etmək” isə regionda ciddi fəlakətə səbəb ola bilər. Çünki istənilən nüvə silahından istifadə olunması regionda ekoloji, humanitar və insani fəlakətin daha da genişlənməsinə gətirib çıxara bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bütün Xəbərlər