Xameneinin meyiti ortada qaldı - ABŞ İranı bombalarla dağıdır

Xameneinin meyiti ortada qaldı - ABŞ İranı bombalarla dağıdır
09.07.2026 12:53 Təhlil

ABŞ-İran qarşıdurması daha dağıdıcı bir mərhələyə keçdi.  

Tərəflər birbaşa, qarşılıqlı zərbələrə başladılar. Trampın Hörmüz boğazındakı gəmi hücumlarından sonra atəşkəsin bitdiyini elan etməsi ilə münaqişənin yeni mərhələsinin dünya gündəmini zəbt etməsi bir oldu. ABŞ Prezidentinin daha sonra Birləşmiş Ştatlarla İran arasında tammiqyaslı münaqişənin yenidən başlayacağını "bilmirəm" deməsi beyinləri qarışdırdı. Nəzərə alaq ki, atəşkəs ləğv olunduğu andan ABŞ-nin İrana hücumlarında artıq  14 nəfər ölüb.  

İran əvvəlki İran deyil. Bu dövrü qabaqkı hərbi-siyasi mərhələlərdən fərqləndirən əsas amil İranın dövlət mexanizminin idarəetmə qabiliyyətini demək olar ki itirməsidir. 

Əvvəllər qarşıda Ali Dini Rəhbərin mütləq avtoriteti altında SEPAH və rəsmi dövlət orqanlarının vahid mərkəzdən idarə olunduğu bütöv bir sistem var idi. Lakin ABŞ-İsrail koalisiyasının genişmiqyaslı hava hücumları, Ali Dini Rəhbər Əli Xameneyinin və SEPAH-ın əsas komandanlıq heyətinin ortadan qaldırılması idarəetmə zəncirini qırıb.

İndi  İran rəhbərliyində boşluq və pərakəndəlik hökm sürür.

İsrail hərbi əməliyyatların növbəti dalğasına Amerikasız da  tam hazır olduğunu deyirdi.  Tramp onu qabaqladı və dünyanın gözü Ankarada, NATO sammitində olduğu bir vaxtda qəfil atəşkəsi ləğv etdi. 

Bəli, Vaşinqtonun İrana qarşı hərbi təzyiqi  NATO  Sammiti zamanı artırması xüsusi diqqət çəkir. O, müttəfiqlərə qarşı strateji güc nümayiş etdirdi. Tramp sammit çərçivəsində rəsmi tərəfdaşların hərbi xərclərini ÜDM-in 5%-nə qaldırmasını kəskin şəkildə tələb etdi və əməliyyatların sammitlə eyni vaxta salınması Avropaya ABŞ-nin liderliyini qəbul etdirmək mesajı idi.

NATO Baş katibi Mark Rutte aranı sakitləşdirmək üçün müttəfiqlərin Trampın liderliyini məmnuniyyətlə qarşıladığını dedi.

Avropa Trampı yaxşı tanıyır. Onun tərfilənməyi, təsdiq edilməyi sevdiyini bilirlər. 

Tramp  ABŞ-nin hərbi əməliyyatlarına birbaşa hərbi və logistik dəstək verməyən, bazaların istifadəsinə icazə verməyən Avropa müttəfiqlərini kəskin tənqid etdi. O, İspaniya, İtaliya və Böyük Britaniyadan məyus olduğunu açıq şəkildə ifadə edərək, bu ölkələri ağır iqtisadi-ticarət sanksiyaları ilə hədələdi və  tabe olmayan dövlətlərlə bazarı bağlayacağını sərt şəkildə  bildirdi. 

Yeni mərhələdə Avropa dövlətləri bu sıxışdırılmaya tab gətirməyib, Trampla razılaşa bilərlər.  Bu da onurğasını itirmiş İran üçün çox mənfilər gətirə bilər. 

Bu dəqiqdir ki, yeni münaqişə köhnə status-kvoya qayıdışı qeyri-mümkün edir. İran daxilində  iyerarxiyanın qırılması səbəbindən SEPAH-ın regional proksi şəbəkəsi  Hizbullah və Husilər  mərkəzdən maliyyələşmə və idarəetmə dəstəyini itiriblər. 

Hörmüz boğazındakı blokada cəhdləri qlobal neft bazarında böyük tədarük qırılmasına və Qərb üzərində ağır iqtisadi yükə səbəb olsa da, prosesin yekununda İranın dəniz və raket gücünün tamam sıradan çıxarılacağı gözlənilir.

ABŞ-nin qarşısında  bütöv  idarə  strukturu qalmadığı üçün İran daxili xaos, etnik parçalanma və mərkəzi idarəetmənin pərakəndələşməsi ilə üzləşəcək, bu dəfə rejimin çöküşü daha real görünür. 

Jalə Rövşən  

XƏBƏR LENTİ
09 IYUL 2026
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olundu 15:21 Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 15:09 Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar 14:44 İran ABŞ bazalarına raket zərbəsi endirdi - TƏCİLİ 14:48 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 14:42 Ərdoğandan yunan müxbirə cavab: Səni gözlərindən tanıyırıq! - VİDEO 14:38 Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var 14:34 Tramp masanı devirdi - İrandakı silahla Çini vuracaq 14:24 ABŞ İranın strateji dəmiryolu körpüsünü bombaladı 14:24 Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayılır 14:18 İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxardı 14:01 Yunanıstan Ərdoğana görə yasa batdı: Qəzetlər qara manşetlə çıxdı 14:00 İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır 13:52 Tramp Avropa üçlüyünü ağır cəzaya məhkum etdi 13:50 Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada 150 gəncə toy etdi - VİDEO 13:43 Qalibaf Zelenskinin kitelindən geyindi və ABŞ-yə savaş elan etdi: bombalar yağacaq 13:32 Fransızlar ərəblərə qarşı - sonuncu qolu Napoleon vuracaq 13:24 Qazaxıstan Rusiya ilə sərhədə böyük qüvvə yığdı - VİDEO 13:20 Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO 13:19 Ukrayna 14 rus tankerini batırdı - Krımdan qaçanlar "ilan"a sarılıdı 13:08 Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə... 13:07 NATO rəhbərlərinin imzaları yayıldı 13:00 Xameneinin meyiti ortada qaldı - ABŞ İranı bombalarla dağıdır 12:53 Paşinyan Mişustinlə görüşünün nəticələrini açıqladı: Hansı razılaşmalar əldə olunub? 12:49 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:32 Bütün Xəbərlər