Xameneinin etimadını qazanan yeganə şəxs Əhməd Vahidi - Qalibaf və Əraqçi əlindən "dad" edir

Xameneinin etimadını qazanan yeganə şəxs Əhməd Vahidi - Qalibaf və Əraqçi əlindən "dad" edir
21.04.2026 12:12

İran İslam Respublikasının hərbi-siyasi idarəçiliyində yeni güc mərkəzinin formalaşdığı müşahidə olunur. Rəsmi olaraq ali hakimiyyət Möctəba Xameneinin əlində cəmləşsə də, praktikada ölkənin hərbi mexanizmini və qərarvermə prosesini idarə edən əsas fiqurun general-mayor Əhməd Vahidi olduğu bildirilir. Bəzi analitiklər onu “İranın beynəlxalq terrorunun simvolu” kimi xarakterizə edir və rejimin ən nüfuzlu, eyni zamanda ən qapalı fiqurlarından biri hesab edirlər. 

Əsl adı  Vahid Şahçeraği olan Əhməd Vahidi 1958-ci il iyunun 27-də Şiraz şəhərində anadan olub. 1979-cu il İslam İnqilabından dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusuna qoşulub. 1980-ci illərdə İran-İraq müharibəsində iştirak edib, daha sonra isə korpusun kəşfiyyat strukturlarında sürətlə yüksəlib. 1988–1997-ci illərdə Qüds Qüvvələrinin ilk komandiri olub; bu qurum sonralar Qasim Süleymani tərəfindən genişləndirilib. Vahidi 2009–2013-cü illərdə müdafiə naziri, 2021-ci ildən isə daxili işlər naziri vəzifəsində çalışıb. 2025-ci il dekabrın 31-də Əli Xamenei tərəfindən "IRGC"nin(SEPAH) müavini təyin edilib, 2026-cı il martın 1-də isə qurumun baş komandanı vəzifəsinə yüksəlib.

Vahidinin adı beynəlxalq səviyyədə xüsusilə 1994-cü ildə Argentinanın Buenos-Ayres şəhərində yəhudi mərkəzi AMIA-da baş vermiş partlayışla əlaqələndirilir. Bu terror aktı nəticəsində 85 nəfər həyatını itirib. İnterpol onun barəsində beynəlxalq axtarış elan edib, ABŞ və digər ölkələr isə sanksiyalar tətbiq ediblər. Bununla belə, Tehranda o, uzun illər “vətənpərvər general” kimi təqdim olunub.

Vahidinin əsas güc mənbələrindən biri Xamenei ailəsi, xüsusilə Möctəba Xamenei ilə yaxın münasibətləridir. “New York Times” qəzetinin araşdırmasına görə, Vahidi Möctəbanın ali rəhbər postuna gəlməsini dəstəkləyən əsas fiqurlardan biri olub. 2026-cı il fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində Əli Xameneinin həlak olduğu iddialarından sonra Möctəba rəsmi şəkildə ali rəhbər elan edilsə də, ictimaiyyət qarşısında görünmür. Mənbələrin bildirdiyinə görə, Vahidi onunla birbaşa görüşə bilən yeganə yüksək rütbəli şəxsdir və göstərişləri digər rəhbərlərə çatdırır.

İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Beni Sabtinin sözlərinə görə, Vahidi hazırda hətta parlament sədri Məhəmməd Baqir Qalibafdan və Möctəba Xameneidən də daha böyük təsir gücünə malikdir.  Ekspert qeyd edir ki, onun yeni ali rəhbərlə birbaşa əlaqəsi faktiki olaraq onu ölkədə əsas qərarverici fiqura çevirir.

ABŞ və İsrailin əməliyyatları nəticəsində IRGC-nin bir sıra yüksək rütbəli komandirlərinin zərərsizləşdirilməsindən sonra Vahidi qurumun rəhbəri kimi ön plana çıxıb. Hazırda o, İranın hərbi strategiyasını, diplomatik xəttini və daxili təhlükəsizlik siyasətini koordinasiya edir. Bəzi Qərb mənbələri onu “hərbi xuntanın əsas siması” kimi qiymətləndirir.

Vahidi həm ölkə daxilində etirazların yatırılması, həm də xarici əməliyyatların planlaşdırılması sahəsində uzunillik təcrübəyə malikdir. Analitiklərin fikrincə, onun Möctəba Xamenei ilə tandemi rejimin mövcudluğunun qorunmasında həlledici rol oynayır: Möctəba formal legitimlik təmin edir, Vahidi isə real gücə – "IRGC"nin hərbi aparatına nəzarət edir.

Rəsmi Tehran mənbələrində Əhməd Vahidi üçün xüsusi “kod adı” işlədilməsə də, o, uzun müddətdir rejimin ən qapalı və təhlükəli fiqurlarından biri kimi tanınır. Son hadisələr isə göstərir ki, bu “gizli general” artıq kölgədən çıxaraq İranın gələcəyinin formalaşmasında birbaşa rol oynayır. 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Илон Маск признался, что больше не хочет попрошайничать 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Все новости