Vaşinqton–Bağdad xəttində gərginlik: “ABŞ-yə bu, sərf eləmir”

Vaşinqton–Bağdad xəttində gərginlik: “ABŞ-yə bu, sərf eləmir”
27.01.2026 17:39

Vaşinqton–Bağdad münasibətlərində yeni gərginlik müşahidə olunur. 

Belə ki, ABŞ dövlət katibi Marko Rubio İraqın müvəqqəti Baş naziri Məhəmməd Əl Sudani ilə telefon danışığı zamanı Bağdadın gələcək siyasi kursu ilə bağlı açıq mövqe ortaya qoyub. Vaşinqton İranın təsiri altında formalaşacaq mümkün hökumətin, xüsusilə Nuri əl-Malikinin yenidən hakimiyyətə qayıdışının İraqın milli maraqlarına zidd olacağını bəyan edib.  


ABŞ tərəfi hesab edir ki, İranın nəzarətində olan siyasi idarəetmə modeli İraqın suveren qərarvermə imkanlarını məhdudlaşdıracaq, ölkəni regional münaqişələrin mərkəzinə çəkəcək və ABŞ–İraq tərəfdaşlığını ciddi şəkildə zəiflədəcək. Vaşinqtondan verilən bu mesaj faktiki olaraq suverenlik anlayışı ilə İranın İraq üzərində artan təsirinin bir-biri ilə uyğun gəlmədiyini ortaya qoyur.

Bəs Vaşinqtonun bu açıqlaması İraq üçün tövsiyə, yoxsa ultimatumdur?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, İraqda ötən ilin noyabrında keçirilən parlament seçkilərində 329 kreslo uğrunda aparılan mübarizədə hazırkı Baş nazir Məhəmməd Əl Sudaninin rəhbərlik etdiyi “Bərpa və İnkişaf” koalisiyası üstünlük qazanıb, şiə lider Nuri Əl Maliki isə 38 mandatla ikinci olub:


“İraq konstitusiyasına görə, hakimiyyət qolları dini məzhəb və milli müxtəlifliyə istinadən formalaşdırılır. Belə ki, Prezident mütləq kürd, parlamentin sədri sünni, Baş nazir isə şiə məzhəbindən olur. Keçmiş Baş nazir Nuri Əl Maliki nüfuzlu şiə liderlərindən biri hesab edilir və Tehran hakimiyyəti ilə yaxın münasibətləri ilə tanınır”.

Politoloqun sözlərinə görə, indiki mürəkkəb dönəmdə Nuri Əl Malikinin hakimiyyətə qayıdışı ABŞ üçün arzuolunan deyil:

“Bu, xüsusilə də İran ətrafında gedən proseslər, Tehran–Vaşinqton və Tehran–Təl-Əviv xəttində artan gərginlik fonunda şiə liderin yüksək posta gəlməsi mövcud reallıqlara qətiyyən uyğun deyil”.

Ə.Orucov qeyd edib ki, məsələnin başqa tərəfləri də mövcuddur:

“İran artıq əvvəlki qüdrətində deyil və təsir zonasında saxladığı İraq, Suriya və Livandan çıxarılıb. Bölgədəki proksi qüvvələrinə ciddi zərər vurulub. İkincisi, İraqın özündə kürd faktoru daxili problemlər yaratmaqdadır. Prezident Əl Şaraanın Suriyanın kürd separatçılarının rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı həyata keçirdiyi uğurlu təmizləmə əməliyyatı nəticəsində yüzlərlə silahlı militan İraq Kürdüstan Muxtariyyətinə keçib və bu proses Dəməşqlə gərginliklərə yol açıb”.

Politoloq əlavə edib ki, ABŞ-nin İraqdakı mövqeyi də dəyişir:  

“ABŞ İraqdakı hərbi mövcudluğunu xeyli dərəcədə azaldıb və yaxın illərdə bütövlükdə oranı tərk edəcəyini bəyan edib. Məncə, ABŞ-nin bu mövqeyi suveren dövlətin daxili işlərinə daha bir kobud müdaxilədir. İraq xalqı özü ona rəhbərlik edənlərin kimliyini müəyyən etməlidir. Bu cür ultimatumlar və göstərişlər onsuz da həssas və qeyri-sabit olan regionda durumu daha da pisləşdirir. Xalqın iradəsinə və dövlətlərin suveren hüquqlarına hörmət olunmlıdır”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Все новости