Ukrayna PUA-larla rus qırıcılarını "dənlədi"

Ukrayna PUA-larla rus qırıcılarını "dənlədi"
01.05.2026 17:13

Ukrayna Silahlı Qüvvələrinin BPS-i (Bespilot Sistemlər Qüvvələri) 25 aprel 2026-cı il tarixində Rusiyanın Çelyabinsk vilayətində yerləşən “Şaqol” hərbi aerodromuna genişmiqyaslı dron hücumu həyata keçirib.

TodayPress TV  xəbər verir ki, bu barədə  Ukrayna Baş Qərargahı məlumat verib. 

Obyektin cəbhə xəttindən təxminən 1700 kilometr məsafədə yerləşdiyi bildirilir. 

Məlumata görə, dronlar aerodromda yerləşən bir neçə Su-57 beşinci nəsil qırıcı və Su-34 bombardmançı təyyarəsini vurub. Hücum nəticəsində təyyarələrə ziyan dəyib, lakin dəqiq itkilər (məhv edilən və ya zədələnən texnikanın sayı) hələ dəqiqləşdirilir. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama verməyib, yerli qubernator isə dronların ələ keçirildiyini bildirib.

Qeyd edək ki, “Şaqol” aerodromu Rusiya Hərbi Hava Qüvvələrinin strateji obyektlərindən biridir. Burada, xüsusilə, Su-57 (“Felon”) tipli nadir qırıcılar yerləşdirilir. Rusiyanın ümumi parkında bu tip təyyarələrin sayı 30-dan azdır və onlar müharibədə məhdud şəkildə istifadə olunur. Hər bir Su-57-nin itirilməsi və ya zədələnməsi Moskva üçün həm texniki, həm də imic baxımından ciddi itkidir.

Su-34 (“Fullback”) isə Rusiyanın cəbhədə ən çox istifadə etdiyi bombardmançı təyyarələrdən biridir. Bu təyyarələr idarəolunan aviabombalar vasitəsilə Ukrayna mövqelərinə kütləvi zərbələr endirir. Onların arxa bazalarda vurulması Rusiyanın hava əməliyyatları qabiliyyətini birbaşa zəiflədir.

Bu hücum Ukraynanın uzunmənzilli PUA istehsalı və tətbiqi sahəsindəki imkanlarının növbəti nümayişidir. Daha əvvəl də Ukrayna dronları Rusiyanın dərin arxasında yerləşən aerodromlara (məsələn, Marinovka və Akhtubinsk) zərbələr endirib. Lakin 1700 km məsafə rekord səviyyəyə yaxındır. Bu fakt göstərir ki, Rusiyanın arxa cəbhədə yerləşən hava bazaları belə tam təhlükəsiz deyil və bu, Rusiya komandanlığını əlavə müdafiə tədbirləri görməyə məcbur edir.

OSINT analitikləri hücumdan əvvəl (17 aprel) və sonra (26 aprel) çəkilmiş peyk görüntülərini müqayisə ediblər. Şəkillərdə təyyarələrin yerləşdiyi ərazilərdə müəyyən dəyişikliklər müşahidə olunur. Bununla belə, bəzi analitiklər (məsələn, Ukraine Control Map) yalnız bir təyyarənin zədələndiyini ehtimal edir. Rəsmi təsdiqlənmiş itkilər isə hələlik Ukrayna tərəfinin açıqlamalarına əsaslanır.

Rusiya tərəfi adətən bu cür hücumlara ya reaksiya vermir, ya da “dronların ələ keçirildiyi” kimi ümumi bəyanatlarla kifayətlənir. “Şaqol” aerodromunun Çelyabinsk kimi Ural bölgəsində yerləşməsi əlavə diqqət çəkir. Bu isə göstərir ki, hava hücumundan müdafiə sistemləri ölkənin daxili hissələrində belə tam effektiv deyil.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Все новости